Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu ərazilərdə işıq olmayacaq

17.08.2026 11:08 315
Bu ərazilərdə işıq olmayacaq
Azərbaycanın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Bununla bağlı "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün ölkənin bir sıra rayonlarında elektrik şəbəkəsində təmir və yenidənqurma işləri aparılacaq.

Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 6 kV-luq hava xəttinə toxunan ağacların budanması ilə əlaqədar saat 10:00-dan 14:00-dək Qaradağlı, Təzəkənd və Kəngərli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş EŞ-yə daxil olan 10 kV-luq "Şıxlı” hava xəttində və 110/35/10 kV-luq "Ləki Dartı” yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək və saat 10:30-dan 12:30-dək Ərəş küçəsi, Aşağı Zeynəddin, Yeniarx, Mürsəl, Şıxlı, Qarasuqumlaq, Orta Ləki, Yuxarı Ləki, Hapıtlı, Ovçulu, Güvəkənd, Əmirarx, Cardam, Nehrəxəlil, Kotanarx, Tofiqi, Şəmsabad, Əmirmahmud kəndlərinin bəzi ərazilərində enerjinin verilişində fasilə yaranacaq.

Bərdədə 35 kV-luq "Qaraməmmədli” hava xəttində təmir və yeni dayağın əkilməsi ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək Seyid Yusifli, Hacallı, Mehdixanlı, Qayalı, Cicimli kəndlərini də əhatə edəcək.

Yevlax EŞ-nin xidməti ərazisində yerləşən 10 kV-luq hava xəttində təmir işləri ilə əlaqədar 10:00-dan 16:00-dək Qaramanlı, Hacımahmudlu, Nəmirli, Göyük, Nurallar kəndlərinin bir hissəsində fasilə olacaq.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Son xəbərlər