Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi

14.08.2026 18:55 363
Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi
Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.

Güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb. Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən gün yağan güclü yağışdan sonra Zəyəm çayında suyun səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.

Son xəbərlər