Mojo.az Banner
23:01 Lənkəranda açıq sahədə yanğın başlayıb  |     22:29 Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ  |     22:20 “ChatGPT”-də limitlər aradan qalxır: Pulsuz istifadəçilər nə əldə edəcək?  |     21:57 Türkiyədə azərbaycanlı iş adamının cəsədi tapıldı - "Bəniz"in keçmiş əridir  |     21:48 Sağlam qalmaq üçün gündə neçə dəqiqə gəzmək lazımdır?  |     21:35 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:26 Etna minlərlə turistin səfərini pozdu  |     21:19 “Dərnəgül” elektrik deposu ilk qatarını qəbul etdi  |     21:01 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     20:53 Dənizdə batma təhlükəsində olan şəxs xilas edildi  |     20:50 "Toyota" ABŞ-də yarım milyondan çox avtomobili geri çağırır  |     20:48 Bakıda yeniyetmələr elektron qəlyana görə bir-birinin qanını tökdülər  |     20:44 Çində keçmiş məmur edam cəzasına məhkum edildi  |     19:41 Pakistan müdafiə naziri: ABŞ və İran razılaşmaya yaxınlaşır  |     19:36 Yasamalda soyğunçuluq edən şəxs tutuldu  |     19:33 Luis Suaresin möhtəşəm dönüşü gözlənilir  |     19:27 Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU  |     19:02 Təhsil sənədləri artıq myGov-da – Məzunlarına şad xəbər  |     18:53 Şəhərlərarası marşrutlar üzrə müsabiqənin növbəti qalibləri açıqlandı  |     18:50 Meşəlik ərazidə 16 yaşlı qızın və 29 yaşlı kişinin meyiti aşkarlandı - Lənkəranda müəmmalı hadisə  |    
Left Banner
Right Banner

Yaşlılara sürücülük qadağası var? – Hüquqşünasdan AÇIQLAMA

11.08.2026 17:02 615
Yaşlılara sürücülük qadağası var? – Hüquqşünasdan AÇIQLAMA
Yaşlı insanların sürücülük vəsiqəsinin müddəti başa çatdıqda onu yeniləyib-yeniləyə bilməməsi cəmiyyətdə maraq doğuran məsələlərdəndir. Bəzi vətəndaşlar müəyyən yaşdan sonra avtomobil idarə etməyə hüquqi məhdudiyyət qoyulduğunu düşünür.

Bəs qanunvericilikdə sürücülük vəsiqəsi üçün yuxarı yaş həddi varmı? Yaşlı şəxslərin vəsiqəsini yeniləməsi üçün hansı tələblər yerinə yetirilməlidir?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən hüquqşünas Elnur Məmmədov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində şəxsin müəyyən yaşa çatdıqdan sonra avtomobil idarə etməsini tamamilə qadağan edən ümumi yuxarı yaş həddi nəzərdə tutulmayıb.

Hüquqşünas qeyd edib ki, başqa sözlə, şəxsin 70, 75 və ya daha yuxarı yaşda olması öz-özlüyündə onun sürücülük hüququnun dayandırılması üçün əsas deyil.

Elnur Məmmədovun sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsinin V hissəsinə əsasən, sürücülük vəsiqəsinin etibarlılıq müddəti yaşa görə fərqləndirilir:
•60 yaşına çatmamış şəxslər üçün — 10 il;
•60 və daha çox yaşı olan şəxslər üçün — 70 yaşı tamam olanadək qalan müddət;
•70 və daha çox yaşı olan şəxslər üçün — 2 il;
•müəyyən xəstəlikləri olan şəxslər üçün — tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

"Bu normalardan görünür ki, 70 yaş sürücülük hüququnun başa çatdığı yaş deyil. Əksinə, 70 yaşdan sonra sürücülük vəsiqəsi hər dəfə 2 il müddətinə verilə bilər.
60 və daha çox yaşı olan şəxslər sürücülük vəsiqəsini dəyişdirərkən tibbi arayış təqdim etməlidirlər. Bu tələb 70 yaşdan yuxarı şəxslərə də şamil olunur", — deyə hüquqşünas vurğulayıb.
Elnur Məmmədov sonda deyib ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün şəxsiyyət vəsiqəsi, mövcud sürücülük vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə sənəd və yaşa uyğun hallarda tibbi arayış təqdim edilir.
Beləliklə, yaşlı şəxsin vəsiqəsinin yenilənməsindən imtina edilməsi yalnız onun yaşına əsaslana bilməz. Şəxs müvafiq tibbi tələblərə cavab verdiyi halda sürücülük vəsiqəsinin müddəti bitdikdən sonra onu yeniləyə bilər.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner