Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi
Hadisə Şahbuz-Batabat magistralında qeydə alınıb.
Belə ki, VAZ-21013 markalı avtomobil hərəkətdə olarkən aşıb. Nəticədə avtomobildə olan Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
