Mojo.az Banner
23:02 Saçlarınız tökülürsə, bunları sınayın: 3 təbii üsul  |     22:54 Növbəti miqrant axını bu ölkəyə oldu  |     22:45 Rusiyanın neft-kimya kompleksi Ukrayna dronlarının hədəfində  |     22:37 Yerə yeni maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər  |     22:31 Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU  |     22:29 Azərbaycan, ABŞ və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıblar  |     22:27 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verib  |     22:21 Bu ərazilərdə qaz olmayacaq  |     22:15 Türkiyə “atəşi kəsin” dedi, Rusiya atəş püşkürdü  |     22:07 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     21:23 ABŞ Futbol Federasiyası FIFA-nın idarəetmə strukturunda dəyişikliklərə çağırdı  |     21:13 Bəzi məhsullar bahalaşacaq – SİYAHI  |     20:45 Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi  |     20:10 "Qəbələ" braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb  |     19:56 Pezeşkian: "Süni intellektə əsaslanan ABŞ İrandakı vəziyyətlə bağlı yanıldı"  |     19:28 Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi  |     19:25 DTX: "Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır"  |     18:23 Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib  |     18:15 I ixtisas qrupunda "pulsuz" yerlərin sayı bəlli oldu  |     18:03 KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video  |    
Left Banner
Right Banner

KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video

10.08.2026 18:03 276
KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş "Xbet" və "MostBet" platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub.

Həmin şəxslər "Telegram" platformasında yaratdıqları "AzeCash" səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər. Təqsirləndirilən şəxslər paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürərək həmin ünvanda işçilər yerləşdirib, onları qanunsuz fəaliyyət üçün zəruri olan texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsi yaratmaqda şübhəli bilinən dəstənin digər üzvləri - Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədovun da saxlanılmaları təmin edilib.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri "Xbet" və "MostBet" platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zaur və Fuad Nərimanovlara, eləcə də digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onlar barəsində həbs, həmçinin digər növdən olan qətimkan tədbirləri seçilib.

"Vətəndaşlara bir daha müraciət edərək sosial şəbəkələrdə və internet platformalarında təklif olunan "Xbet", "MostBet" və digər qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Nəzərə alınmalıdır ki, bu cür oyunların qanunsuz təşkili, idarəolunması, eləcə də həmin fəaliyyətlərdə iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yaradır", - DİN-in məlumatında vurğulanır.
скачать dle 11.3
Mojo.az Banner