Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı

07.08.2026 22:31 576
İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı
Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu olmuş Zinəddin Zidanın oğlu Luka Zidan İspaniyanın "Qranada" klubu ilə müqaviləsini ləğv edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qapıçı kluba 2024-cü ilin yayında keçib və iki mövsüm ərzində İspaniya çempionatı və Kubokunda ümumilikdə 45 oyun keçirib.

Onun "Qranada" ilə müqaviləsi 2027-ci ilədək nəzərdə tutulmuşdu, lakin tərəflər əməkdaşlığa vaxtından əvvəl xitam vermək qərarına gəliblər.

"Klub Luka Zidana bu iki mövsüm ərzində göstərdiyi sədaqətə görə təşəkkür edir və ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayır", - deyə "Qranada"nın bəyanatında bildirilib.

Luka Zidan "Real Madrid"in yetirməsidir. O həmçinin "Rasinq" (Santander), "Rayo Valyekano" və "Eybar" klublarında, eləcə də Fransanın müxtəlif yaş qrupları üzrə yeniyetmə və gənclər yığmalarında çıxış edib. Luka ötən ilin sentyabrında Əlcəzair milli komandasında oynamaq üçün idman vətəndaşlığını dəyişib və 2026-cı il dünya çempionatı üçün yığmaya dəvət alıb.

Lukadan başqa, Zinəddin Zidanın daha üç oğlu peşəkar futbolla məşğul olub. Belə ki, 30 yaşlı yarımmüdafiəçi Entso artıq karyerasını başa vurub, 23 yaşlı yarımmüdafiəçi Teo "Kordoba"da, 19 yaşlı müdafiəçi Elyas isə "Red Star"da çıxış edir.

Öz növbəsində, İspaniyanın "Leqanes" klubu Luka Zidan ilə müqavilə imzaladığını elan edib.

Zidan "Leqanes" ilə "1+1" sxemi üzrə razılaşma əldə edib.

Son xəbərlər