Mojo.az Banner
22:13 Bakıda məscid yanır  |     22:04 Gəncədə ağır qəza: Dörd yaşlı qız da xəsarət aldı  |     21:54 Təcili tibbi yardım şöbələri üçün tibbi vasitələr alınacaq  |     21:53 Bakıda məşhur ticarət mərkəzində FACİƏ  |     21:52 MN-in "İstirahət evi"nin sabiq rəisi barəsində MƏHKƏMƏ QƏRARI dəyişib  |     21:47 Mal əti bahalaşıb - VİDEO  |     21:00 Marsda nə vaxtsa həyat olub? - YENİ NƏTİCƏ  |     20:53 Bakıda məşhur xəstəxana ləğv edilir - Səbəb nədir?  |     20:45 Bakının kirayə bazarında yeni dalğa - Ev axtaranlara xəbərdarlıq  |     20:40 Su pulunu azaltmaq üçün bunu edin – Detallar  |     20:31 "Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB  |     20:24 "Android"dən tətbiqi silmək bütün məlumatların silinməsi demək deyilmiş  |     20:16 Avqust ayında pulu tükənməyəcək BÜRCLƏR  |     20:10 Qızıl bahalaşmaqda davam edir: Bazarın əsas hərəkətverici qüvvəsi nədir?  |     20:01 Kart limitləri və rəqəmsal manat: Bank sistemində yeni dövr başlayır?  |     19:55 Azərbaycandan Ermənistana açıq mesaj: Konstitusiya dəyişikliyi əsas tələbdir  |     19:49 Boşandıqdan sonra əmlak bölgüsü - Qanun nə deyir?  |     19:43 Naxçıvanda yüksək vəzifəyə təyinat  |     19:34 Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək  |     19:28 Bu ölkənin deputatları sosial media hesablarını sildilər  |    
Left Banner
Right Banner

Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI

05.08.2026 18:30 108
Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI
2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ən yüksək illik təhsil haqqı 1300 manat təşkil edir.

Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalına əsasən, bu məbləğ bir neçə kollecdə müxtəlif ixtisaslar üzrə müəyyən edilib.

Ən yüksək təhsil haqqı tələb olunan kolleclər və ixtisaslar aşağıdakılardır:

Bakı Biznes və Kooperasiya Kolleci

Bu kollecdə Kargüzarlıq və arxiv işi, Bank işi, Bələdiyyə işi, Kommersiya işi, Marketinq (sahələr üzrə), Maliyyə işi, Sığorta işi, Vergi işi, Kompüter sistemlərinin təmiri və servisi, Nəqliyyat logistikası, Sosial iş, Turizm işinin təşkili, Maliyyə işi (Azərbaycan və rus bölmələri), Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı (Azərbaycan və rus bölmələri) ixtisasları üzrə illik təhsil haqqı 1300 manat müəyyən edilib.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci

Bu təhsil müəssisəsində "Nəqliyyat avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə illik təhsil haqqı 1300 manatdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci

Bu kollecdə Sənaye müəssisələrinin elektrik avadanlıqlarının quraşdırılması və istismarı, Neft-qaz quyularının istismarı, Neft-qaz çıxarılması, Neft-qaz yataqlarının geologiyası və işlənilməsi, Neft və qaz, Neft-qaz qurğuları, Mühasibat uçotu ixtisaslarında təhsil almaq istəyənlər illik 1300 manat təhsil haqqı ödəyəcəklər.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci

Bu kollecdə Bank işi, Maliyyə işi və Mühasibat uçotu ixtisasları üzrə illik təhsil haqqı 1200 manat təşkil edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kolleci

Bu təhsil müəssisəsində isə Bank işi, Maliyyə işi, Mühasibat uçotu və Vergi işi ixtisaslarının illik təhsil haqqı 1100 manat müəyyən olunub./modernскачать dle 11.3
Mojo.az Banner