Mojo.az Banner
15:45 İslam İnkişaf Bankı Qrupunun sədri Bakıdakı tədbirdə Məmməd Arazın şeirindən misralar səsləndirib  |     15:45 Keçmiş vəkil hakim qarşısına çıxarılıb  |     15:14 Gəncədə AĞLASIĞMAZ DƏLƏDUZLUQ: Pulu qayınanasından alacağını dedi  |     14:59 Sumqayıtın bir hissəsində su kəsildi - SƏBƏB  |     14:20 Yevlaxda DƏHŞƏT: Atasının evində güllələnmiş meyiti TAPILDI  |     14:16 Vətəndaşlar həyətdəki su quyularına görə pul ödəyəcəklər? - RƏSMİ AÇIQLAMA  |     14:15 "Instagram"da arvadına mesaj yazan şəxsi qohumları ilə birgə yolun ortasında döydü  |     14:09 Goranboyda ata qızını öldürən kürəkəni bağışladı  |     12:26 Ölkə üzrə pensiyaların ödəniləcəyi tarix AÇIQLANDI  |     11:51 Azərbaycanın 3 universiteti TOP 800-ə daxil oldu - İLK DƏFƏ  |     11:47 Azərbaycan nefti ucuzlaşıb  |     11:38 Hikmət Hacıyev rumıniyalı həmkarı ilə görüşdü: Strateji tərəfdaşlıq məsələləri müzakirə edildi  |     11:36 Qadının üzərinə benzin töküb yandıran sevgilisi ilə bağlı QƏRAR  |     11:31 Dünya çempionatları tarixində İLK: Vaxt uzatmağa görə künc zərbəsi təyin edildi  |     11:16 33 il əvvəl qətl törədən şəxs Almaniyadan Azərbaycana gətirildi  |     11:02 Evlənənlər boşananlardan çoxdur  |     23:02 Türkiyədə bu dağ 2000 ildən çoxdur yanır: Alimlər səbəbi açıqladı  |     22:55 Vəziyyət kritikdir: Avropanın ən böyük avtomobil istehsalçısı bağlana bilər  |     22:50 Bakıda şirkət tibbi tullantılara görə külli miqdarda cərimələndi  |     22:43 "Sea Breeze"in mühafizəçisi dələduzluğun qurbanı olub  |    
Left Banner
Right Banner

Birinci qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR

04.08.2025 13:25 513
Birinci qrup üzrə universitetlərin təhsil haqları - RƏQƏMLƏR
Qəbul imtahanından keçən abituriyentlər qarşısında dayanan önəmli məsələlərdən biri də ixtisas seçimidir. Onlar əmək bazarına uyğun ixtisasa yiyələnməklə yanaşı, ödənişli əsaslarla təhsil alan zaman universitetlərin tələb etdiyi illik təhsil haqqına da fikir verməlidirlər. Hələlik universitetlərin plan yerləri və ixtisaslar üzrə tələb etdikləri illik ödənişin məbləği ilə bağlı konkret rəqəmlər məlum olmasa da, artıq bir sıra universitetlər ötənilki ilə müqayisədə bu il təhsil haqlarında müəyyən artımların olacağını qeyd ediblər.

Median.Az Modern.az-a istinadən I ixtisas qrupu üzrə ötən il üçün universitetlərin təhsil haqlarını təqdim edir:

Bakı Dövlət Universitetində əksər ixtisasların illik təhsil haqqı 2100 manatdır. Onlar içərisində sadəcə Yerquruluşu və daşınmaz əmlakın kadastrının (qiyabi) təhsil haqqı 1700 manatdır. Bundan başqa universitetin Qazax filialında tədrisi aparılan - Fizika müəllimliyi (əyani) , riyaziyyat müəllimliyi (əyani), həmçinin riyaziyyat və informatika müəllimliyinin (əyani) illik təhsil haqqı 1500 manat olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ötən il I qrupa aid olan bütün ixtisasların ödənişi 2000 manat təşkil edib.

Azərbaycan Texniki Universitetində bu qrupa aid olan ixtisasların illik təhsil haqqı 1700-2100 manat aralığında dəyişir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində də əksər ixtisasların illik ödənişi 2000 manat təşkil edir. Bu universitetdə qrup üzrə ən yüksək təhsil haqqı Memarlıq (tədbir ingilis dilində) ixtisasında tələb olunur. Həmin ixtisas üzrə illik ödəniş 2500 manat təşkil edir. Bundan başqa iki ixtisas - İnformasiya texnologiyalar və Yerquruluşu və daşınmaz əmlakın kadastrı (hər ikisi qiyabi təhsil forması üzrə) üzrə illik ödənişi 1700 manat təşkil edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin I qrup üzrə tədris olunan ixtisaslarında illik ödəniş 2000-2300 manat arasında dəyişir. Belə ki, universitetin Bakıda yerləşən əsas binasında ixtisaslar üzrə təhsil haqqı 2300 manat təşkil edirsə, region filiallarında - Şamaxı, Ağcabədi, Quba və Şəki filiallarında isə 2000 manat təşkil edir.

Azərbaycan Dövlət İqtisad Universitetində ixtisaslar üzrə illik ödəniş 1400-2200 manat arasında dəyişir.

Bakı Mühəndislik Universitetində I qrup üzrə ən aşağı təhsil haqqı tələb olunan ixtisaslar Ekologiya, energetika, maşın mühəndisliyidir ki, bunların da illik təhsil haqqı 2200 manatdır. Ən yüksək təhsil haqqı isə tədrisi həm Azərbaycan, həm də ingilis dilində aparılan memarlıq ixtisasıdır. Bu ixtisasda təhsil alanlar illik 2700 manat pul ödəyir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında I qrup üzrə tədrisi aparılan Kompüter elmləri ixtisasında illik təhsil haqqı 2500 manatdır.

Azərbaycan Diplomatik Akademiyası və İtaliya-Azərbaycan Universitetində I qrupa aid ümumilikdə 8 ixtisas tədris edilir ki, onların da hər biri üzrə illik tələb olunan ödəniş 6000 manatdır.

Milli Aviasiya Akademiyasında I qrup üzrə tədrisi nəzərdə tutulan bütün ixtisasların illik ödənişi 2500 manatdır, Azərbaycan Dövlət Dəniz Akademiyasında isə hər ixtisas görə ödəniş 2000 manat təşkil edir.

Bakı Ali Neft Məktəbində bu qrupa aid 12 ixtisasın tədrisi həyata keçirilir, onların hər birinin illik ödənişi isə 4500 manatdır.

Dövlət Gömrük Komitəsinin Akademiyasında isə keçirilən İnformasiya təhlükəsizliyi və İnformasiya texnologiyaları üzrə ödəniş müvafiq olaraq 2500 və 2800 manat təşkil edir.

Region universitetlərinə gəldikdə isə Naxçıvan Dövlət Universitetində illik təhsil haqları 1400-1700 manat arasında dəyişirsə, Naxçıvan Müəllimlər İnstitutunda isə bu qrupa bağlı tədris olunan 3 ixtisas üzrə illik ödənişlərin hər biri 1700 manatdır.

Gəncə Dövlət Universitetində illik təhsil haqqı ən aşağı olan ixtisas maşın mühəndisliyidir, bu ixtisas üzrə təhsil alan tələbələr 1200 manat pul ödəyir. Riyaziyyat, həmçinin informatika müəllimliyi ixtisasları üzrə tələb olunan ödəniş isə 1800 manatdır. Bu, universitetdə tədris olunan ixtisaslar arasında tələb olunan ən yüksək təhsil haqqıdır.

Azərbaycan Dövlət Aqrar Universitetində isə əksər ixtisaslar yalnız dövlət sifarişi hesabına aparılır, lakin bu ali təhsil mərkəzlərində tədris olunan kompüter mühəndisliyi və informasiya texnologiyaları (hər ikisi əyani olmaqla) ixtisasında illik 1700 manat təhsil haqqı tələb olunur. Gəncə şəhərində yerləşən Texnologiya Universitetində isə tələbələrdən tələb olunan illik ödəniş 1350-1550 manat arasında dəyişir.скачать dle 11.3
Mojo.az Banner