Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Ana südünü soyuducuda və dondurucuda nə qədər saxlamaq olar?

05.08.2026 17:13 351
Ana südünü soyuducuda və dondurucuda nə qədər saxlamaq olar?
"İşləyən anaların ana südünü sağıb saxlaması təhlükəsiz və tövsiyə olunan üsuldur".

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Aygün Məmmədova açıqlayıb.

Onun sözlərinə görə, sağılmış ana südü təmiz, steril şüşə və ya BPA-sız plastik qabda, yaxud ana südünün saxlanması üçün nəzərdə tutulmuş xüsusi paketlərdə saxlanmalıdır:

"Hər qabın üzərində südün sağılma tarixi və saatı qeyd edilməlidir. Ana südünün saxlanma müddəti aşağıdakı kimidir:

Otaq temperaturunda (25°C-yə qədər) ən yaxşı nəticə üçün 4 saata qədər, uyğun gigiyenik şəraitdə maksimum 6 saata qədər saxlamaq olar. Soyuducuda (4°C və ya daha aşağı) 4 günə qədər saxlamaq mümkündür. Dondurucuda (-18°C və ya daha aşağı) optimal olaraq 6 aya qədər, qəbul edilən maksimum müddət isə 12 aya qədərdir".

Pediatr qeyd edib ki, əridilmiş ana südü soyuducuda 24 saat ərzində istifadə edilməli və yenidən dondurulmamalıdır:

"Süd mikrodalğalı sobada qızdırılmamalıdır, çünki bu, qida maddələrinin və immunoloji komponentlərin zədələnməsinə, həmçinin qeyri-bərabər qızmaya səbəb ola bilər. Süd ilıq su vannasında və ya axar ilıq su altında tədricən isidilməlidir".

Son xəbərlər