Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

FHN-dən kritik xəbərdarlıq: Bu çimərliklərə getməyin

05.08.2026 16:10 522
FHN-dən kritik xəbərdarlıq: Bu çimərliklərə getməyin
Son günlər ölkədə dənizdə boğulma hadisələrinin sayının artması çimərliklərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi yaxınlığında, sənaye müəssisələrinin qarşısında yerləşən və yay aylarında yüzlərlə insanın üz tutduğu sahildə isə vəziyyət sakinləri narahat edir. Əraziyə gələnlərin sözlərinə görə, burada xilasedici məntəqəsi fəaliyyət göstərmir, təhlükəli dərinliyi göstərən şamandıra xətti çəkilməyib, xəbərdaredici lövhələr və digər təhlükəsizlik vasitələri quraşdırılmayıb. Buna baxmayaraq, xüsusilə isti günlərdə uşaqlar və böyüklər həmin sahildə dənizə girirlər.

Mövcud vəziyyət bir sıra suallar yaradır: 

Həmin ərazi rəsmi çimərlik hesab olunurmu?
Niyə burada xilasedicilər növbə çəkmir?
Təhlükə nişanları, şamandıra xətti və xəbərdaredici lövhələrin quraşdırılması planlaşdırılırmı?
Bu mövsüm neçə boğulma və ya xilasetmə hadisəsi qeydə alınıb?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran FHN-in Kiçikhəmcli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili bildirib ki, nazirlik hər çimərlik mövsümü öncəsi və mövsüm ərzində vətəndaşlara yalnız xilasedicilərin xidmət göstərdiyi çimərliklərdən istifadə etmələri ilə bağlı mütəmadi çağırışlar edir.


O, əlavə edib ki, hər hansı ərazidə xilasedici xidmətinin olmaması həmin yerin təhlükəsiz çimərlik olmadığını göstərir və belə ərazilərdə dənizə girmək insan həyatı üçün ciddi risk yaradır. 

Əlili vurğulayıb ki, FHN-in 112 Çağrı Mərkəzinə suda batma ilə bağlı məlumat daxil olan kimi dalğıc-xilasedicilər dərhal hadisə yerinə cəlb olunur. Lakin belə hallarda saniyələrin həlledici əhəmiyyət daşıdığını nəzərə alaraq, vətəndaşlar təhlükəli ərazilərdə üzməkdən çəkinməlidirlər.

Akşin Əlili qeyd edib ki, son günlər ölümlə nəticələnən boğulma hadisələrinin əksəriyyəti nəzarətsiz, qeyri-rəsmi çimərliklərdə baş verib. Bu ərazilər sırasında Şüvəlan, Milqaya, Şimal QRES ətrafı, Buzovnada "Qayalıq", Bilgəhdə "Daça" kimi tanınan ərazilər, eləcə də müxtəlif rayonlardakı suvarma kanalları, süni göllər və su anbarları yer alır.

Şöbə rəisinin sözlərinə görə, aparılan geniş maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar, xüsusilə uşaq və yeniyetmələr hələ də nəzarətsiz sulardan istifadə edirlər. Halbuki mürəkkəb relyef, sürətli axın, qeyri-müəyyən dərinlik və məhdud görünüşə malik belə su hövzələri insan həyatı üçün ciddi təhlükə yaradır.

Akşin Əlili vətəndaşları çimərlik seçiminə məsuliyyətlə yanaşmağa çağıraraq bildirib ki, yalnız xilasedicilərin növbə çəkdiyi çimərliklərdən istifadə edilməlidir. O, küləyin sürəti saniyədə 10 metrdən çox olduqda, həmçinin hava qaraldıqdan sonra dənizə girməyin təhlükəli olduğunu da xatırladıb. 

Onun sözlərinə görə, bəzi ərazilərdə gecə saatlarında təşkil olunan düşərgə və əyləncələr zamanı insanların qaranlıqda və küləkli hava şəraitində suya daxil olması riski daha da artırır.

Şöbə rəisi statistik göstəricilərə də toxunaraq qeyd edib ki, cari ilin əvvəlindən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 62 nəfər boğulma təhlükəsindən xilas edilib. Onlardan 56-sı çimərlik mövsümünün payına düşür. Eyni zamanda, xidmətin nəzarət etdiyi çimərliklərdə bu il indiyədək ölümlə nəticələnən boğulma hadisəsi qeydə alınmayıb.

Akşin Əlili vurğulayıb ki, xilasedicilərin xidmət göstərdiyi çimərliklərdə müəyyən edilmiş üzmə sərhədlərini keçmək, spirtli içki qəbul etdikdən sonra suya girmək, təhlükəli hərəkətlər etmək, çimərlik ərazisinə icazəsiz su nəqliyyatı vasitələri ilə daxil olmaq, küləkli və dalğalı havada üzmək qadağandır. O əlavə edib ki, 13 yaşınadək uşaqlar yalnız valideyn nəzarəti altında çimərlikdən istifadə etməli, təhlükəsiz istirahət isə səhər saat 09:00-dan axşam 20:00-dək tövsiyə olunur.

Sonda Akşin Əlili vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağıraraq bildirib ki, təhlükə ilə üzləşdikləri halda dərhal 112-yə məlumat verməlidirlər.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər