Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

05.08.2026 12:39 297
Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda
Son günlər ölkənin müxtəlif çimərliklərində, xüsusilə nəzarətsiz ərazilərdə baş verən boğulma hadisələri narahatlıq doğurur.

Bu cür hadisələrin əksəriyyəti təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır.

Boğulma riskini minimuma endirmək üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur:

-Yalnız xilasedicilərin xidmət göstərdiyi və çimməyə icazə verilən çimərliklərdən istifadə edin.

-Qadağanedici nişanların olduğu və nəzarətsiz ərazilərdə dənizə girməyin.

-Küləkli və dalğalı hava şəraitində suya daxil olmayın.

-Spirtli içki qəbul etdikdən sonra çimməyin.

-Dərinliyi bilinməyən yerlərdə suya başüstü tullanmayın.

-Uşaqları su kənarında bir an belə nəzarətsiz qoymayın.

-Təkbaşına və gecə saatlarında çimməkdən çəkinin.

-Öz üzgüçülük bacarığınızı olduğundan artıq qiymətləndirməyin.

Güclü cərəyana düşsəniz nə etməlisiniz?

Əgər dənizdə güclü axın sizi sahildən uzaqlaşdırırsa, panikaya düşməyin. Birbaşa sahilə doğru bütün gücünüzlə üzmək əvəzinə, əvvəlcə sahilə paralel istiqamətdə hərəkət edərək cərəyandan çıxmağa çalışın. Bundan sonra diaqonal şəkildə sahilə yönəlin. Yorulduğunuzu hiss etsəniz, suyun üzərində qalmağa çalışın və kömək çağırın.

Boğulan şəxsi necə xilas etmək olar?

Boğulan şəxsi xilas etmək istəyən insanlar da ehtiyatlı olmalıdır. Üzgüçülük bacarığınız kifayət qədər deyilsə, suya tullanmaq həyatınızı təhlükəyə ata bilər.

Belə hallarda dərhal FHN-in "112” qaynar xəttinə məlumat verin, boğulana xilasedici halqa, ip və ya suyun üzərində qala biləcəyi hər hansı üzən əşya atın.

Dənizdə təhlükəsizlik qaydalarına əməl etmək yüzlərlə insanın həyatını xilas edə bilər.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çimərlik mövsümü başlayandan bəri nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (dünən günorta saatlarında verilən son statistikaya əsasən)

Son xəbərlər