Mojo.az Banner
16:35 Bazar ertəsi bütün "iPhone 17" modelləri bahalaşa bilər: Nə baş verir?  |     16:34 Gürcüstanda dövlət bayraqları yarıya endirildi  |     16:33 Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır  |     15:55 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı  |     15:33 Çimərliklərə üz tutan VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ  |     15:31 Lionel Messinin atası vəfat edib  |     14:45 Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanılıb  |     14:32 Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq  |     14:27 “Toy xərclərini, qızılı, cehizi zəruri sayanlar evlənməsə yaxşıdır” — Deputat  |     14:20 Qarpız pendir-çörəklə yeyiləndə zərərlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     14:15 Britaniyadan Vaşinqton Sammiti ilə bağlı BƏYANAT  |     14:09 Ən çox turist bu rayona gedib  |     14:07 Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi  |     13:42 Rusiyadan Ermənistana buğda və daş kömür daşıyan yük qatarı Biləcəridən yola düşüb  |     13:37 Qobustanda "Hyundai" işıq dirəyinə çırpıldı: Ölən var  |     13:30 Çinin yeni süni intellekt modeli nəzarətdən çıxdı  |     13:25 Sumqayıtda yolun çökməsi genişlənir: Obyektlər hər an uça bilər - Video  |     13:18 Azyaşlı şəkər xəstəsi olduğu üçün uşaq bağçasından kənarlaşdırılıb? - Video  |     13:13 Xocavənddə traktor minaya düşüb  |     13:06 Ağdaşda azyaşlının nişan mərasimi ilə bağlı münaqişə araşdırılır  |    
Left Banner
Right Banner

Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı

04.08.2026 20:48 174
Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı
Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın Apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə "Unikal"a təqsirləndirilən şəxsin vəkili Şakir Ələsgərov məlumat verib.

Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müvəkkilinə bəraət hökmü çıxarılıb.

Xatırladaq ki, bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsində Təhminə Abuşova barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı.

Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2 – ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə istintaqı dövründə hökm zamanı isə 182.1-ci maddəyə tövsüf edilib.скачать dle 11.3
Mojo.az Banner