Mojo.az Banner
19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı

01.08.2026 15:36 297
Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı
"Yaxın vaxtlarda Əfv sərəncamının imzalanacağını qəti şəkildə söyləmək mümkün deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Komissiya üzvü bunun səbəblərini belə izah edib:

"Birincisi, bununla bağlı rəsmi açıqlama yoxdur. İkincisi, Əfv komissiyasının iclasları keçirilmir. Amma Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv sektoru və Əfv komissiyasının katibliyi fasiəsiz olaraq işləyir. Onlar müraciətləri qəbul edir və müvafiq arayışlar hazırlayır. Bu arayışlar da sədrə təqdim edilir. Bu fasiləsiz bir prosesdir".

Komissiya üzvü xatırladıb ki, Azərbaycan tarixinin müxtəlif günlərində, milli bayramlarda, siyasi tarixlərdə Prezident tərəfindən Əfv sərəncamı imzalanır:

"Amma qanunvericilikdə mütləq deyil ki, hansısa bayramlar, yaxud da Azərbaycan tarixinin mühum günlərində Əfv sərəncamı imzalansın. Belə bir norma yoxdur. Əfv hüququ Prezidentin müstəsna konistitusion səlahiyyətidir və istəlinən vaxt bu sərəncamı imzalaya bilər".

Konkret əfv olunacaq şəxslərin adlarının hallanmasına gəlincə, Əliməmməd Nuriyev son günlər bu məsələ ilə bağlı sualların ona da ünvanlandığını vurğulayıb:

"Konkret şəxslərin adlarına gəlincə, hər hansı proqnoz vermək hüququ baxımdan düzgün olmaz. Mən Əfv komissiyasının üzvüyəm, mənim tərəfimdən heç olmaz. Bu etik qaydalara və komissiyanın bəndlərinə uyğun deyil. Kimin əfv edilib-edilməməsi Prezident tərəfindən müəyyən edilir. Bunu müəyyən etmək hüququna kimsə malik deyil".
скачать dle 11.3
Mojo.az Banner