Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

28 mayda əfv sərəncamı imzalana bilər? (AÇIQLAMA)

13.04.2026 20:27 315
28 mayda əfv sərəncamı imzalana bilər? (AÇIQLAMA)
"28 may Müstəqillik günü ilə bağlı əfv sərəncamının verilməsi ehtimalını o qədər də yüksək qiymətləndirmirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bunun səbəbini Amnistiya aktının icrasının başa çatmaması ilə əlaqələndirib:

"mnistiya aktının icrası davam etdiyi vaxtda əfv sərəncamının verilməsi bir qədər mümkün görünmür. Çünki bir humanist aktın icrası başa çatmalıdır ki, növbəti humanist aktın qəbul edilməsi üçün yeni imkanlar yaransın. Amnistiya aktının subyekti Milli Məclisdir, əfv sərəncamının subyekti ilə Prezidentdir. Amma mahiyyət, məzmun etibarı ilə hər ikisi humanizm, mərhəmət prinsiplərinə əsaslanır".

Əliməmməd Nuriyev əlavə edib ki, Azərbaycan Respublikası Konistitusiyasına əsasən, əfv Prezidentin müstəsna konistitusion səlahiyyətlərindən biridir və əfvin nə zaman verilməsi ilə bağlı qərar Prezident tərəfindən qəbul edilir:

"Ötən ilin may ayında Prezident tərəfindən növbəti - 71-ci əfv sərəncamı imzalanıb. Bu sərəncam yüzlərlə məhkuma şamil olunub. Dekabrın sonunda Milli Məclis tərəfindən növbəti Amnistiya aktı qəbul edilib. Hazırda Amnistiya aktının icrası gedir və 4 ay müddətində bu proses başa çatmalıdır. Aprel ayının 21-də Amnistiya aktının icrası başa çatacaq. Nə qədər ki, Amnistiya aktının icrası gedir əfv sərəncamının verilməsi bir qədər uyğun görünmür".

Əliməmməd Nuriyev hazırda Əfv Komissiyasının iclaslarının keçirilmədiyini bildirib.

"Amma Prezidentin hüquq-mühafizə orqanlarının iş şöbəsinin əfv sektoru və Əfv komissiyasının katibliyi fasiləsiz olaraq işləyir. Onlar bütün ilboyu daxil olan müraciətləri araşdırır və müraciətlərlə bağlı arayışlar hazırlanır. Proses gedir. Amma nə zaman əfv sərəncamı olacaq, onunla bağlı hər hansı fikir söyləmək qanunvericiliyin tələblərindən doğru olmaz".

скачать dle 11.3
Mojo.az Banner