Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı

31.07.2026 21:53 450
Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

"Unikal"ın verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Əvvəlcə zərərçəkmiş şəxsin vəkili tərkibə etiraz edib. Vəkil buna səbəb kimi apellyasiya şikayətinin müddəti bitməmiş hazırlıq iclasının keçirilməsi və təqsirləndirilən şəxs barədə ev dustaqlığı qərarının qəbul edilməsini göstərib.

Məhkəmə qısa müşavirədən sonra etirazı təmin etməyib. Zərərçəkmiş (red-yol qəzasında ölən Amal) şəxsin hüquqi varisi, mərhumun anası şikayətçi olduğunu və təqsirləndirilən şəxsin anasının barışıq üçün danışıqlar etməsini bildirib.

Daha sonra dövlət ittihamçısı Tural Qəhrəmanov ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs İlduzə Hacıyeva ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib və məhkəmədə ilk dəfə ifadə verib :

"İyun ayında qızım Naibə ilə Bakıya 12 günlük səfərə gəlmişdim. Hadisə günü dəniz kənarı ailəvi istirahət mərkəzlərinin birində qızım və Müjgan adlı tanışıma istirahət edirdik. Axşam saatlarında bağa geri qayıdırdıq. Çünki bir ay öncə Almaniyaya gediş-gəliş biletini almışdım. Bağa çatmağıma az qalmışdı ki arxamdan sürətlə biri ötmə əməliyyatı etdi və qarşıdakı daş hasara çırpılıb bir neçə dəfə aşdı. Bu hadisənin şokunu yaşadım və tanışım Müjgan bildirdim ki dərhal qarşı tərəf üçün təcili yardım çağırsın. Mənim panik atakım olduğu üçün özümdən getdim. Məni xəstəxanaya apardılar ilkin tibbi yardımdan sonra bağa gedib əşyaları toplayıb hava limanına getdik. Avtomobili isə hadisə yerindən xəstəxanaya və bağa ardınca da aeroporta hadisə yerində olan vətəndaşlardan biri idarə edib. Mən hadisədən sonra iki dəfə müstəntiq tərəfindən iki dəfə Azərbaycana çağırılmışam. Hadisədən sonra qarşı tərəfdən dəfələrlə hədə-qorxu mesajları almışam. Avtomobil yanımdan ötərkən maşınıma toxunmayıb. Mən 18 ildi ki avtomobil idarə edirəm, əgər toxunsaydı hiss edərdim. Hadisə baş verən zaman qızım Naibə ilə də maraqlandım".

Daha sonra şahid qismində bir neçə gün öncə inzibati qaydada həbs edilən Müjgan Məmmədzadə ifadə verib:

"Hadisə günü dənizkənarı restorandan bağa qayıdırdıq. Məndə maşında arxada oturmuşdum. Həmin zaman Tiktokda canlı yayım açmışdım. Qəflətən arxadan sürətlə gələn maşın yanımızdan ötüb daş hasara cırpıldı və 3 dəfə aşdığının şahidi oldum. Bizim maşına toxunmamışdı. Təcili yardıma zəng etdim və Arzumun səhhəti pisləşdiyindən ona su tapıb verdim. Daha sonra Arzumu xəstəxanaya apardıq, orda ona tibbi yardım göstərdilər və əşyaları toplamaq üçün bağa getdik. Sonra isə aeroporta getdik".

Məhkəmədə təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev hadisə yerində olan əlavə iki şahidin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin edərək həmin iki şahidi dindirib.

Hüseyn Əliyev bildirib ki, həmin ərazidə onun ticarət mərkəzi var və tanışı ilə orda söhbət edən zaman qəza səsini eşidib:

"Dərhal qəza yerinə getdik. 102 xidmətinə məlumat verdim. İlduzə Hacıyevanın vəziyyəti çox pis idi. Rəhmətlik Amal bəy isə çoxlu qan itirmişdi. Onu birinci təcili yardım avtomobilinə ardınca da Sənubər xanımı yerləşdirdik. İlduzə xanım 40 dəqiqə hadisə yerində olub ".

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən "Arzum" ləqəbli tiktoker İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəməyə xanım tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Son xəbərlər