Mojo.az Banner
21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |     20:43 Rusiyanın vurduğu evdən uşaq cəsədi çıxarıldı  |     20:35 ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirdi  |     20:31 İran səfiri Gürcüstan XİN-ə çağırılıb  |     20:24 "Turan Tovuz" - "İmişli" oyununun yeri dəyişdirildi - Səbəb  |     20:13 Erkən evliliklə bağlı yeni qərar  |     20:04 Bakıda 20-dək bina söküləcək: Küçələrin adları və kompensasiya məbləğləri açıqlandı  |     19:58 Azərbaycanda qadın hərbçilərlə bağlı YENİ QƏRAR: Müddət kəskin azaldıldı  |     19:50 Toyuq filesi marketlərdə niyə YOXA ÇIXIB?  |     19:29 Kamran Əliyev Rusiyada bir sıra görüşlər keçirdi - MÜHÜM RAZILAŞMA  |     19:12 Sabah bir sıra rayonlarda QAZ OLMAYACAQ  |     19:11 Zal Yusifovun oğlu yenidən MƏHKƏMƏ QARŞISINDA: Kimin ifadələri dinlənildi?  |     18:51 Azərbaycanın yeni hərbi robotları nümayiş etdirildi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Yanlış idarəetmə Space TV-ni çətin vəziyyətə saldı"

30.07.2026 19:25 306
Space TV-nin baş direktoru Ayaz Mustafayev telekanalda üzləşdikləri problemlərdən danışıb.

O, bu barədə "Media masası" verilişində qonaq olarkən açıqlama verib. A.Mustafayev kanalda maaş problemi olması haqda sualları cavablandırıb.

O bildirib ki, mayın əvvəlində Space TV-yə rəhbər təyin olunub və kanalı böyük tarixə malik media qurumu hesab edir:

"Space TV yaşına və təcrübəsinə görə ağsaqqal telekanaldır. Bu il 30 yaşını qeyd edəcək. 90-cı illərin sonunda çox maraqlı layihələri olub. Bu gün Xalq artisti adını alan, kifayət qədər tanınmış xanəndələr var ki, Space TV sayəsində tanınıblar. "AzərStar" müsabiqəsinin yetişdirdiyi sənətçilər var. Space TV haqqında danışanda ikiqat məsuliyyətli olmalıyıq. Bu, ən qocaman telekanallardan biridir".

Baş direktor son illərdə kanalda yaranan maddi problemlərə də toxunub:

"Obyektiv və subyektiv səbəblər olub. Subyektiv səbəblər səriştəsiz idarəetmə, yanlış addımlar və səhv qərarlar səbəbindən yaranıb. Xüsusilə son illərdə bu məsələlər ictimailəşmişdi. Biz mayda ora gələndə mart və aprel aylarının əməkhaqqı problemi var idi. İyun ayı da daxil olmaqla bütün ödənişləri həll etdik".\\axsam.azскачать dle 11.3
Mojo.az Banner