Mojo.az Banner
11:18 Elektrik avtomobilləri servislərə niyə az müraciət edir? – Açıqlama  |     11:14 Kürdəmirdə DƏHŞƏT: Eyni kənddə iki nəfəri ildırım vurub öldürdü - VİDEO (Yenilənib)  |     11:00 Bakıda 62 yaşlı kişi parkda öldü  |     23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sağlam qidalanma bahalıdır? - AÇIQLAMA

30.07.2026 11:24 324
Sağlam qidalanma bahalıdır? - AÇIQLAMA
BMT-nin hesabatlarında dünyada sağlam qidalanmanın bir çox insan üçün baha başa gəldiyi qeyd olunur.

Bəs sağlam qidalanma həqiqətən bahadırmı? Sağlam və balanslı qidalanmaq üçün mütləq bahalı məhsullar seçmək lazımdır? Xüsusilə yay aylarında sağlam qidalanma necə təşkil edilməli, hansı qidalara üstünlük verilməlidir?

Qida mühəndisi, sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov mövzu ilə bağlı Trend-ə bildirib ki, BMT-nin hesabatlarında qeyd olunduğu kimi, bir çox ölkədə sağlam qidalanmanın dəyəri insanların gəlirləri ilə müqayisədə yüksək ola bilər. Lakin bu, sağlam qidalanmanın mütləq bahalı məhsullar almaq demək olduğu mənasına gəlmir. Onun sözlərinə görə, əsas məsələ düzgün seçim etmək və qida rasionunu balanslı qurmaqdır:

"Sağlam qidalanma üçün mütləq bahalı və ya xaricdən gətirilən məhsullara ehtiyac yoxdur. Mövsümi meyvə və tərəvəzlər, paxlalılar, yumurta, qatıq, yulaf, qarabaşaq, düyü və digər yerli məhsullar həm qidalı, həm də nisbətən əlçatan seçimlərdir. Əvəzində hazır yeməklər, fast-food, qazlı və şəkərli içkilər, müxtəlif qəlyanaltılar uzunmüddətli perspektivdə həm daha çox xərc yarada, həm də sağlamlığa mənfi təsir göstərə bilər".

Fərid Səfərov qeyd edib ki, sağlam qidalanmanın əlçatan olması üçün qidaların əvvəlcədən planlaşdırılması, israfın qarşısının alınması və mövsümə uyğun məhsulların seçilməsi də mühüm rol oynayır:

"Yəni sağlam qidalanma bəzi ölkələrdə iqtisadi baxımdan çətin olsa da, düzgün planlaşdırma və ağıllı seçimlərlə onu daha əlçatan etmək mümkündür. Ən vacib məqam bahalı məhsullar deyil, qida rasionunun balanslı, müxtəlif və təhlükəsiz olmasıdır"

Yay aylarında sağlam qidalanma üçün bunlara üstünlük verilməlidir:

Yay aylarında sağlam qidalanmanın əsas prinsipi orqanizmin su, vitamin və mineral balansını qorumaq, eyni zamanda qida zəhərlənmələrinin qarşısını almaqdır. İsti havalarda daha çox mövsümi meyvə və tərəvəzlərə, tam taxıllara, az yağlı süd məhsullarına və yağsız ət, balıq kimi zülal mənbələrinə üstünlük verilməlidir. Ağır, yağlı və çox şəkərli qidaların qəbulu isə mümkün qədər məhdudlaşdırılmalıdır".

Mütəxəssisin fikrincə, sağlam qidalanma prinsipində gün ərzində kifayət qədər su içmək çox vacibdir. O qeyd edib ki, susuzluq hissini gözləmədən müntəzəm maye qəbul etmək, xüsusilə açıq havada çalışan və ya fiziki aktivliyi çox olan insanlar üçün böyük əhəmiyyət daşıyır:

"Şirin qazlı içkilər əvəzinə su, ayran və şəkərsiz bitki çayları daha sağlam seçimdir.

Yayda qidaların tez xarab olması səbəbindən onların saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. Ət, süd məhsulları, balıq və mayonezli yeməklər uzun müddət otaq temperaturunda saxlanmamalı, soyuq zəncir qorunmalıdır. Meyvə və tərəvəzlər isə istifadə edilməzdən əvvəl yaxşı yuyulmalıdır.

Bundan əlavə, qidalanma rejimi də önəmlidir. Günün ən isti saatlarında ağır yeməklərdən çəkinmək, daha yüngül və tez həzm olunan qidalara üstünlük vermək həm həzm sisteminin rahat işləməsinə, həm də ümumi sağlamlığın qorunmasına kömək edir. Belə yanaşma yay mövsümünü daha sağlam və təhlükəsiz keçirməyə imkan verir".
скачать dle 11.3
Mojo.az Banner