Mojo.az Banner
21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |     20:31 Bakıda qəzalı evlərdə yaşam mübarizəsi: "Gəlirlər, ölçüb-biçib gedirlər" (VİDEO)  |     20:23 Evin rahatlığını pozan 10 məşhur dizayn səhvi  |     20:17 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     20:10 Afra Saraçoğlu aeroportda saxlanıldı  |     20:05 İcra başçısı müavinini işdən çıxardı  |     19:58 Bakıda iki bağça fəaliyyətə başladı  |     19:53 Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi  |     19:43 Dövlət xətti ilə verilən ipoteka kreditlərin sayı 60 mini ötüb  |     19:37 Sabah yağış yağacaq, duman olacaq  |     19:30 "Laven Kafe" 17 saat fasiləsiz işləmiş tələbənin maaşını vermir? - VİDEO  |     19:25 10 min manatlıq oğurluq edən şəxslər tutuldular  |     19:11 Cinayətdə şübhəli bilinən 82 nəfər saxlanıldı  |     19:04 Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - VİDEO  |     18:54 Xəzər dənizində zəlzələ oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəblilərin qida çantasında nələr olmalıdır?

30.08.2024 13:39 1 272
Məktəblilərin qida çantasında nələr olmalıdır?
Məktəb dövrü sağlam qidalanmanın həyati əhəmiyyət kəsb etdiyi bir dövrü əhatə edir. Sağlam qidalanma bu dövrdə uşaqların fiziki, emosional və sosial inkişafını və məktəb uğurlarının əsasını təşkil edir.

Məktəblərin açılmasına sayılı günlər qalmış azxeber.com-a valideynlərə uşaqlar üçün sağlam qida çantası hazırlamağın asan və faydalı yollarını araşdırıb.

Sağlam qidalanmanın ilk addımı balanslı səhər yeməyidir. Evdən çıxmazdan əvvəl səhər yeməyi yemək uşağınızın diqqətini artırır, daha enerjili hiss edir və anlamaqda çətinlik çəkməsinin qarşısını alır.

Süd və süd məhsulları, evdə hazırlanmış təzə meyvə şirələri, bəkməz, yumurta, bal, yaşıl və qırmızı tərəvəzlərlə hazırlanan omlet kimi qidalar mütləq səhər yeməyinə daxil edilməlidir.

Nahar yeməyini məktəbdə yeyən şagirdin qida rasionunda nələr olmalıdır?

İlk növbədə daşınması asan, qoxusu olmayan, xarab olmayacaq qədər davamlı qidalar seçməlisiniz. (Məsələn, kartof salatı, kolbasa, yumurta kimi bəzi qidalar otaq temperaturunda xarab ola bilər). Süd və süd məhsullarını mütləq siyahıya daxil etməlisiniz.

Uşağınızın nə qədər yeyə biləcəyini bilməli və buna uyğun olaraq miqdarı təyin etməlisiniz.

Övladınız qaynadılmış yumurtadan narahatdırsa, onu bir neçə dilim pendir və ya qoz, fındıq, kişmiş, ərik qurusu, əncir kimi qidalarla əvəz edə bilərsiniz.

Uşağınız məktəb yeməkxanasından yemək almaq istəyərsə, həftənin bir gününü yeməkxana günü edə bilərsiniz.

Təzə meyvə və tərəvəzləri yaxşıca yuyub, mümkünsə qabıqlarını soymalısınız. Unutmayın ki, doğradığınız meyvələrin vitamin və mineral dəyərləri azalacaq.

Uşağınızın içki seçimində qazlı içkilərdən qaçın. Bunun əvəzinə ayran, kefir və ya təzə meyvə şirələri kimi alternativlər təklif edin. Kefir uşaqlar üçün həm probiyotik baxımından, həm də kalsium ehtiyaclarını ödəmək baxımından vacibdir.

Məktəb menyusunda şirniyyat və un məmulatları, qablaşdırılmış məhsullar, fast fud yeməkləri və hazır meyvə şirələrindən qaçınmaq lazımdır.скачать dle 11.3
Mojo.az Banner