Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Bu şəxslərə 3 il müavinət veriləcək

28.07.2026 11:13 381
Bu şəxslərə 3 il müavinət veriləcək
"Azərbaycan Prezidenti İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar”.

Bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 

O qeyd edib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək: "Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsilhaqları dövlət tərəfindən qarşılanır. Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur.

Yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq”. 

V.Bayramov əlavə edib ki, eyni zamanda, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq: "Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılmasına başlanılır. Fond işğaldan azad olunmuş ərazilərdə mülkiyyətlə təmin olunan əhalinin mülkiyyət hüququnun tanınmasını və onlara Dövlət Reyestrindən çıxarışların verilməsini həyata keçirəcək. Bu da o deməkdir ki, əgər əvvəlki dövrlərdə məcburi köçkünlər dövlətdən mənzil verilən zaman onlara çıxarış verilmirdisə, artıq yeni qanunla mənzillə təmin olunan məcburi köçkünlər çıxarışla təmin ediləcək. Beləliklə, öz dədə-baba yurduna qayıdan soydaşlarımızın mülkiyyət hüququ tanınacaq.

Fərmana əsasən, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təkmilləşdirilməsinə dair üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Prezidentinə məlumat verməlidir. Nazirlər Kabineti isə işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydasını dörd ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırılmaqla təsdiq etməlidir”.

Millət vəkili əlavə edib ki, son dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir. Bu addım onu göstərir ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtdıqdan və dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunacaqlar.

Son xəbərlər