Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Problemli aktivlərin geri qaytarılmasında əsas maneələr açıqlandı

25.07.2026 18:34 360
Problemli aktivlərin geri qaytarılmasında əsas maneələr açıqlandı
Problemli aktivlərin geri qaytarılmasında ən böyük maneələrin nə olduğu açıqlanıb.

Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov "Milli Mətbuat Günü: dialoq və əməkdaşlıq forumu"nda deyib

O bildirib ki, buna ən böyük maneə məhkəmə və icra prosesidir:

"Ləğv prosesində olan banklarda problemlər əsasən irihəcmli biznes kreditlərində müşahidə olunur. İstehlak kreditlərində isə vəziyyət nisbətən yaxşıdır. "DəmirBank" ləğv prosesinə başladıqdan sonra onun müştəri bazasının böyük hissəsini mikrokreditlər təşkil etdiyindən, həmin bank üzrə vəsaitlərin yığımı digər ləğv olunan banklarla müqayisədə daha yüksək olub. Biznes kreditlərinin geri qaytarılması isə daha mürəkkəb prosesdir. Çünki biznes müştəriləri banklardan yalnız kredit deyil, zəmanət məktubları, akkreditivlər, hesablaşma xidmətləri və digər bank məhsullarından da istifadə edirlər. Nəticədə ləğv prosesində olan bank qarşısındakı öhdəliklər ikinci plana keçir və gecikmələr yaranır. Bu isə məhkəmə çəkişmələrinə səbəb olur. Bir çox hallarda kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş nöqsanlar məhkəmə proseslərini uzadır".

Qurum rəsmisi əlavə edib ki, məhkəmənin qərarından sonra icraat hissi başlayır:

"İcra məmurları barədə şikayətlər verilir, bu isə icra prosesini ləngidir. Nəticədə vəsaitin geri qaytarılması gecikir".

Son xəbərlər