Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama

23.07.2026 19:49 384
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Yay mövsümündə çimərliklərə axın artsa da, hər dəniz sahəsi çimmək üçün təhlükəsiz hesab edilmir. Bəzi çimərliklərdə suyun keyfiyyəti gigiyenik normalara cavab vermədiyindən, bu ərazilərdə çimməyin sağlamlıq üçün hansı risklər yaratdığı maraq doğurur.

Həkim-infeksionist Mərdan Əliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, dənizdən daha çox mədə-bağırsaq xəstəlikləri törədən virus və bakteriyalar keçə bilər:

"Dənizin suyu təmiz deyilsə, həmin sudan həm viruslar, həm də bakteriyalar insanlara yoluxa bilər. Suyun təmiz olub-olmaması hər il Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən çimərliklərdə aparılan monitorinqlər nəticəsində müəyyən edilir. Bu zaman suyun kolo-indeksi yoxlanılır. Bəzi çimərliklərdə bu göstərici normaya uyğun olmur. Bu isə dəniz suyunun çirklənmə səviyyəsinin normadan yüksək olduğunu göstərir. Çirklənmə səviyyəsinin normadan yüksək olması isə dənizdə virus və bakteriyaların mövcudluğu deməkdir. Söhbət əsasən mədə-bağırsaq xəstəlikləri törədən virus və bakteriyalardan gedir. Məsələn, Hepatit A virusu, enteroviruslar və rotaviruslar dəniz suyu vasitəsilə yoluxa bilər”.

"Bunlardan qorunmaq üçün dəniz suyunun təmizliyi normaya uyğun olmayan ərazilərdə çimməmək lazımdır. Çalışmaq lazımdır ki, üz və baş hissəsi suya salınmasın. Hətta bədənin beldən aşağı hissəsinin suya salınması daha məqsədəuyğundur. Ayaqları suya salmaq kifayət edir. Həmçinin, bədəndə yara olduqda dənizə girmək düzgün deyil”,- deyə infeksionist qeyd edib.

Son xəbərlər