Salyanda müəmmalı hadisə: Çobanın 84 baş qoyunla birlikdə yoxa çıxması ilə bağlı YENİ DETALLAR - FOTO (Yenilənib)
Salyan rayonunda 26 yaşlı gəncin heyvanlarla birlikdə yoxa çıxmasının bəzi təfərrüatı məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs heyvanları özü aparıb. Ümumilikdə itdiyi iddia olunan xırdabuynuzlulardan 54-ü qoyun, 30-u keçi olub. 71 baş heyvan tapılsa da, məlum olub ki, R.Rüstəmov 14 baş heyvanı özü ilə aparıb.
Məlumata görə, bu, R.Rüstəmovun törətdiyi ilk hadisə deyil, o, əvvəllər də eyni hadisəni törədib və sonradan evə qayıdıb.
* * * * *
Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.
Median.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.
Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.