Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni qayda

22.07.2026 22:08 330
Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi – Yeni qayda
Rusiya Dövlət Duması miqrasiya qanunvericiliyini sərtləşdirən və saxta nikahlar vasitəsilə vətəndaşlıq əldə edilməsinin qarşısını almağa yönəlmiş qanunu qəbul edib.

Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, yeni qanun xüsusilə yaşlı qadınlarla formal nikah bağlayaraq Rusiya vətəndaşlığı almaq hallarının qarşısını önləmək məqsədi daşıyır.

“Bu sahədə qayda yaratmaq lazım idi. Əvvəllər çoxlu saxta nikahlar olurdu. Gəlmələr 80 yaşlı qadınlarla formal nikah bağlayaraq vətəndaşlıq almağa çalışırdılar. Bu boşluqlar artıq aradan qaldırılıb”, – deyə Volodin bildirib.

Qanuna əsasən, bundan sonra xarici vətəndaşlara hər hansı silinməmiş və ya ödənilməmiş məhkumluğu olduğu halda Rusiya vətəndaşlığı, müvəqqəti yaşamaq icazəsi və ya yaşayış icazəsi verilməyəcək.

Əgər həmin sənədlər artıq verilibsə və sonradan şəxsin silinməmiş məhkumluğu aşkar olunarsa, onlar ləğv ediləcək. Bu qayda yalnız rəsmi qaçqın statusu və ya siyasi sığınacaq almış şəxslərə şamil edilməyəcək.

Yeni qanun miqrantlar üçün sənəd tələblərini də sərtləşdirir. Belə ki, müraciət edən şəxslər yaşadıqları ölkədən son üç ay ərzində verilmiş məhkumluğun olub-olmaması barədə rəsmi arayış təqdim etməlidirlər. Bir neçə vətəndaşlığı və ya yaşayış icazəsi olan şəxslər hər ölkə üzrə ayrıca arayış təqdim edəcəklər.

Bu tələb 14 yaşadək uşaqlara, qaçqınlara, siyasi sığınacaq alanlara və Rusiya Silahlı Qüvvələri ilə müqavilə bağlamış hərbçilərə şamil olunmayacaq.

Qanun prezident tərəfindən imzalandıqdan 180 gün sonra qüvvəyə minəcək. Həmin tarixədək təqdim edilən müraciətlər isə əvvəlki qaydalar əsasında baxılacaq.

Qeyd olunur ki, bu dəyişikliklər Rusiyada “Krokus Siti Holl” terror aktından sonra həyata keçirilən miqrasiya siyasətinin sərtləşdirilməsi çərçivəsində qəbul edilib./modernскачать dle 11.3
Mojo.az Banner