Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Gəmi heyəti üzvləri və sərnişinlərin siyahısına dair qaydalar təsdiqləndi

22.07.2026 20:14 423
Gəmi heyəti üzvləri və sərnişinlərin siyahısına dair qaydalar təsdiqləndi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Gəmi heyəti üzvlərinin siyahısının, sərnişinlərin siyahısının, gəmi, radio və maşın jurnallarının aparılması Qaydaları"nı təsdiqləyib.

Bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, gəmi heyəti üzvlərinin siyahısı kapitan tərəfindən aparılır.

Gəmi heyəti üzvlərinin siyahısına gəmi haqqında aşağıdakı məlumatlar daxil edilir:

- gəminin adı;

- gəminin Beynəlxalq Dəniz Təşkilatı nömrəsi;

- gəminin çağırış siqnalı;

- gəminin səfər nömrəsi;

- gəminin giriş/çıxış limanının və ya dəniz əməliyyatları bazasının adı;

- gəminin limana və ya dəniz əməliyyatları bazasına girişin/çıxışın tarixi;

- gəminin milli mənsubiyyəti (bayraq dövləti);

- gəminin tərk etdiyi son limanın və ya dəniz əməliyyatları bazasının adı.

Bundan başqa, gəmi heyəti üzvlərinin siyahısına gəminin hər bir heyət üzvü haqqında aşağıdakı məlumatlar daxil edilir:

- soyadı, adı;

-gəmidə tutduğu vəzifə;

- vətəndaşlığı və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı;

- doğulduğu yer və tarix;

- cinsi;

- dənizçinin şəxsiyyət sənədi, olmadığı təqdirdə şəxsiyyəti təsdiq edən müvafiq sənədi və ya sərhədkeçmə sənədi barədə məlumatlar (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti);

Həmçinin gəmi sərnişinlərinin siyahısına aşağıdakı məlumatlar daxil ediləcək:

-gəminin adı;

-gəminin milli mənsubiyyəti (bayraq dövləti);

-habelə şəxsiyyət vəsiqəsi və ya sərhədkeçmə sənədi (növü, seriyası, nömrəsi, sənədi verən dövlət və etibarlılıq müddəti), vizanın (tələb olunduğu təqdirdə) seriya və nömrəsi, yaxud müvəqqəti və ya daimi yaşama icazəsinin (olduğu təqdirdə) seriya və nömrəsi, minmə/enmə limanı və ya dəniz əməliyyatları bazası, tranzit keçib-keçməməsi barədə məlumatlar.

Son xəbərlər