Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?

21.07.2026 22:25 462
İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?
Avtomobil idarə edərkən mobil telefondan istifadə qanunla qadağandır.

Lakin sürücülər arasında tez-tez belə bir sual yaranır: avtomobil tıxacda və ya işıqforda tam dayanıbsa, telefondan istifadəyə görə cərimə tətbiq oluna bilərmi?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı "Konkret.az"a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən inzibati məsuliyyət yalnız nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yaranır.

Onun sözlərinə görə, həm “Yol hərəkəti haqqında” Qanunda, həm də İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində eyni tələb əks olunub:

“Normada açıq şəkildə göstərilir ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən telefonu əldə saxlamaq və ondan istifadə etmək qadağandır. Xətanın tərkibi məhz hərəkət zamanı formalaşır. Yəni telefonun əldə saxlanılması və ondan istifadə eyni vaxtda avtomobil hərəkətdə olarkən baş verməlidir”.

Vəkil qeyd edib ki, bu baxımdan avtomobil tıxacda və ya başqa səbəbdən tam dayanmış vəziyyətdədirsə, maddənin tələblərinin formal olaraq tam tətbiq edilməsi mübahisə doğura bilər. “İnzibati hüquqda analogiyaya və geniş şərhə yol verilmir. Buna görə də hərəkətsiz avtomobildə telefondan istifadə həmin maddənin tərkibinə uyğun gəlməyə bilər. Lakin praktikada vəziyyət hər zaman bu qədər birmənalı olmur”, – deyə o, vurğulayıb.

Fuad Məmmədov bildirib ki, burada iki əsas hüquqi məqam diqqətə alınmalıdır.

Birincisi, “hərəkət” anlayışının necə qiymətləndirilməsidir. Onun sözlərinə görə, işıqforda və ya tıxacda qısa müddətli dayanma bəzi hallarda hərəkətin davamı kimi qəbul oluna bilər və bu zaman avtomobil park edilmiş nəqliyyat vasitəsindən fərqli qiymətləndirilir.

İkinci məqam isə “istifadə” anlayışının qanunvericilikdə dəqiq izah edilməməsidir.
“Qanunda və məhkəmə təcrübəsində “istifadə” anlayışının konkret sərhədləri müəyyən edilməyib. Bu isə normanın tətbiqində müxtəlif yanaşmaların yaranmasına səbəb olur”, – deyə vəkil əlavə edib.

Beləliklə, qüvvədə olan qanunvericiliyə əsasən, telefondan istifadəyə görə inzibati məsuliyyət nəqliyyat vasitəsinin hərəkətdə olduğu hallara şamil edilir. Avtomobil tam dayanmış vəziyyətdə olduqda isə bu normanın tətbiqi hüquqi baxımdan mübahisəli hesab olunacaq.

Bununla belə, hüquqi qeyri-müəyyənlik və müxtəlif praktik yanaşmalar nəzərə alınaraq, sürücülərə tıxacda və ya işıqforda gözləmə zamanı da mobil telefondan istifadə etməmələri tövsiyə olunur. Bu, həm mümkün mübahisələrin qarşısını alır, həm də yol hərəkəti təhlükəsizliyinə xidmət edir.

Son xəbərlər