Mojo.az Banner
23:02 2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı  |     22:55 Çin avtomobilləri niyə ucuz olur? - Sirri açıqlandı  |     22:46 Azərbaycanda yeni muzey kompleksinin tikintisi planlaşdırılır  |     22:40 "AliExpress" 629 milyon dollar cərimələndi  |     22:32 Azərbaycanda 8 sahədə orta aylıq iş saatı azalıb - SİYAHI  |     22:25 İşıqforda dayanıb telefonla danışarkən cərimə yazıla bilərmi?  |     22:20 Bu avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyənləşdi  |     22:13 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ!  |     22:07 İranda valyuta böhran: 1 manat 1 milyona yaxındır  |     21:59 Baş Prokurorluq məlumat yaydı  |     21:53 Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE  |     21:45 Ən şanslı olacaq 3 bürc  |     21:40 Ağıllı saatla dənizdə üzmək olarmı?  |     21:31 İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     21:18 Küveyt İran səfirinə etiraz notası verdi  |     21:07 Türkiyədə tanınmış sosial media fenomeni haqqında saxlanılma qərarı verildi  |     21:02 Bu küçədə təmir aparılacaq - Hərəkət məhdudlaşdırılacaq  |     20:59 Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər  |     20:56 Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu  |     20:52 Azərbaycanda baş verən qida zəhərlənmələri araşdırıldı: Bakteriyalar aşkar olundu - FOTO  |    
Left Banner
Right Banner

İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü - "Borc almışdım" dedi

21.07.2026 19:44 123
İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü -
Qaradağ Rayon Məhkəməsində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş oğurluq cinayəti ilə bağlı cinayət işi üzrə hökm elan olunub.

İş materiallarına əsasən təqsirləndirilən şəx Ə.V. Qaradağ rayonu ərazisindəki "Binə" Ticarət Mərkəzinin yaxınlığında avtomobilə sərnişin kimi əyləşərək sürücünün mobil telefonundan istifadə edib. İttihama görə, o, internetə qoşulmaq bəhanəsi ilə bir neçə dəfə zərərçəkmişin telefonunu götürərək mobil bank tətbiqi vasitəsilə zərərçəkmişə məxsus bank hesabından öz bank kartına 700 manat köçürüb.

İstintaq orqanı hesab edib ki, həmin vəsait elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə gizli talanıb və təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından və ya informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq) maddəsi ilə tövsif olunub.

Məhkəmə iclasında Ə.V. özünü təqsirli bilməyib. O bildirib ki, köçürülən 700 manat oğurluq yolu ilə deyil, zərərçəkmişin razılığı ilə borc kimi götürülüb. Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vəsait anasının əməliyyat xərclərinin ödənilməsi məqsədilə alınıb və zərərçəkmiş bununla razılaşıb. O, sonradan maddi çətinliklər və səhhətində yaranan problemlər, o cümlədən insult keçirməsi səbəbindən borcu vaxtında qaytara bilmədiyini deyib.

Ə.V. məhkəmədə həmçinin bildirib ki, zərərçəkmişin bank hesabında daha çox vəsait olsa da, yalnız ehtiyacı olan 700 manatı köçürməsi onun oğurluq niyyətinin olmadığını göstərir. O əlavə edib ki, dəymiş ziyan tam ödənilib və zərərçəkmiş artıq ondan şikayətçi deyil.

İbtidai istintaq zamanı verilmiş ifadəsində isə Ə.V. ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib. Həmin ifadədə göstərilib ki, zərərçəkmiş onun ailə vəziyyətini və maddi çətinliklərini öyrəndikdən sonra 700 manatı müvəqqəti borc kimi verməyə razılaşıb və pul məhz zərərçəkmişin razılığı ilə onun bank kartına köçürülüb. Sonradan tərəflər arasında vəsaitin geri qaytarılması ilə bağlı mübahisə yaranıb.

Məhkəmə iş üzrə toplanmış sübutları araşdırdıqdan sonra Ə.V. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilib. Hökmə əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner