Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda pomidor istehsalçıları magistral yolu bağladı - VİDEO

20.07.2026 22:27 399
Ermənistanda pomidor istehsalçıları magistral yolu bağladı - VİDEO
Ermənistanın cənub-qərbindəki Ararat bölgəsindən olan bir qrup şəxs pomidor tədarükü problemlərinin həllini tələb edərək İrəvan -Yerask beynəlxalq avtomobil yolunu bağlayıb.

Teleqraf "News.am"a istinadən xəbər verir ki, pomidor yetişdiriciləri yerli tədarük məntəqələrinin məhsul almaqdan imtina etmələrindən şikayətləniblər.

İstehsalçıların məhsullarını Rusiyaya ixrac edə bilməməsi və hökumətin problemi həll etmək istəməməsi səbəbindən daxili bazar hazırda həddindən artıq dolub.

Etirazçılardan Artak Harutyunyan "Nnews.am"a verdiyi müsahibədə yetişdirdiyi 60 ton pomidoru sata bilmədiyini qeyd edib. "Bu vəziyyət hər il təkrarlanır və insanlar birləşənə qədər problem həll olunmamış qalır. Keçən il söz vermişdilər ki, bu il yaxşı olacaq, amma indi durum daha pisdir. Pomidorlarımız yerli müəssisələr üçün nəzərdə tutulub, amma onları almırlar. Deyirlər ki, məhsulu ixrac edə bilməyəcəyik, bəs niyə almalıyıq? İndi 60 ton pomidorum var və nə edəcəyimi bilmirəm", - deyə o bildirib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan həm pomidor, həm də xiyar satışı ilə bağlı yaranan problemi həll edəcəyinə söz verib, lakin heç nə etməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışıqlardan sonra bölgə sakinləri yolu açmağa razılaşıblar, lakin bu şərtlə ki, problemlərinə həll yolu tapılsın. Əks halda, daha sərt tədbirlər görəcəklərinə söz verdilər.

Qeyd edək ki, Rusiya tərəfi aşkar edilmiş qanun pozuntularına görə mineral su və spirtli içkilərdən tutmuş meyvə-tərəvəzə qədər Ermənistan məhsullarının ölkəyə idxalını məhdudlaşdırıb.

Son xəbərlər