Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır

20.07.2026 20:09 375
Xalq rəssamı Arif Hüseynov vəzifələrindən ayrılır
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və "Kitab Qrafikası və Miniatür” bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib.

Müraciətdə deyilir:

"Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə

Hörmətli həmyaşıdlar!

Sizə bildirmək istəyirəm ki, Azərbaycan Rəssamlar İttifaqının ali maraqlarını hər zaman nəzərə alaraq yüksək tutmuşam. 1985-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, həmçinin "Kitab Qrafikası və Miniatür” bölməsinin sədri kimi fəaliyyət göstərirəm.

Bu illər ərzində Azərbaycan təsviri sənətinin inkişafı, milli rəssamlıq ənənələrinin qorunması və yeni nəsil sənətkarların yetişməsi naminə bütün bilik və təcrübəmi səfərbər etməyə çalışmışam. Mənə göstərilən etimadı hər zaman böyük məsuliyyət hesab etmişəm.

Hazırda ömrümün 83-cü ilini yaşayıram. Yaşımı, sağlamlıq vəziyyətimi və qarşıda həyata keçirmək istədiyim yaradıcılıq planlarını nəzərə alaraq, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən, eləcə də Kitab Qrafikası və Miniatür Bölməsinin sədri vəzifəsinə xitam vermək qərarına gəlmişəm.

Azərbaycan Rəssamlar İttfaqının Rəyasət Heyyətinin hər bur üzvünə Azərbaycan təsviri sənətinin inkişafı naminə nümayiş etdirdiyi prinsipial və səmərəli fəaliyyətə görə təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".

Son xəbərlər