Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə bələdiyyə sədri və əri saxlanıldı - Evində axtarış aparılır

20.07.2026 19:04 312
Türkiyədə bələdiyyə sədri və əri saxlanıldı - Evində axtarış aparılır
Türkiyənin İzmit Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində barələrində bu səhər saxlanılma qərarı verilmiş şübhəlilərin tutulması üçün əməliyyat keçirilib.

Əməliyyat zamanı İzmit Bələdiyyə Başçısı Fatma Kaplan Hürriyət və onun əri Murat Hürriyət saxlanılıb.

Bundan əlavə, 31 şübhəlidən 28-i tutulub.

Alınan məlumata görə, polis qrupları səhər saatlarında istintaq çərçivəsində İzmit Bələdiyyə binasına daxil olaraq içəridə yoxlama və axtarış əməliyyatlarına başlayıblar.

Həmçinin polis bələdiyyə sədrinin evində axtarış aparmağa başlayıb.

Prokurorluğun açıqlamasında qeyd olunub ki, İzmit Bələdiyyəsi tərəfindən təşkil edilən tenderlərdə qalib firmaların və təklif təqdim edən firmaların bələdiyyə rəsmiləri ilə qohumluq əlaqələrinin olması, bələdiyyə ilə iş görən firmalardan komissiya adı altında pul alınması və bələdiyyə sədrinin həyat yoldaşının tender prosesləri, kadr seçimi və kadr qərarları ilə birbaşa əlaqəsi olduğu aşkar edilmiş faktlar əsasında hüquqi proseslər başlanılıb.
//unikal.az

Son xəbərlər