Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

20.07.2026 15:34 594
Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir
Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə "Zülfüqar" adlı birgə hərbi təlimdə iştirak edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə ölkəmizlə yanaşı İordaniya Silahlı Qüvvələri - Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyə və Pakistanın xüsusi təyinatlıları iştirak edir.

Pilotsuz uçuş aparatları (PUA), müasir hərbi texnika və sistemlərdən istifadə edilməsi nəzərdə tutulan birgə təlimlərin ssenarisinə müxtəlif əməliyyat şəraitini simulyasiya edən bir sıra taktiki fəaliyyətlər daxildir.

İştirakçılar yaşayış məntəqələrində döyüş, girovların xilas edilməsi və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək, həmçinin müxtəlif çaplı silahlardan istifadə etməklə praktiki atışları yerinə yetirəcəklər.

Təlimin məqsədi bölmələrin əməliyyat imkanlarının artırılması, xüsusi təyinatlıların döyüş qabiliyyətinin inkişaf etdirilməsi, iştirakçı qüvvələr arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsi, eləcə də xüsusi əməliyyatlar sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.скачать dle 11.3

Son xəbərlər