Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Vyetnamda daşqın və torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var

18.07.2026 14:20 504
Vyetnamda daşqın və torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var
Vyetnamın Laytyau əyalətində aramsız yağan yağışlar qəfil daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə dörd nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb, daha dörd nəfər isə itkin düşmüş hesab olunur.

Bu barədə Vyetnam mətbuatında yerli qurumlara istinadən məlumat yayılıb.

Məlumata əsasən, fəlakət bölgəsində 13 yaşayış evi tamamilə dağılıb. Əlavə olaraq, 100-ə yaxın evin sürüşmə təhlükəsi altında olduğu bildirilir. Şiddətli yağıntılar təkcə evlərə deyil, həm də əkin sahələrinə, nəqliyyat infrastrukturuna və enerji obyektlərinə ciddi ziyan vurub. Xəbərdə qeyd olunur ki, təbii fəlakətin yaratdığı ümumi iqtisadi zərər təxminən 4.75 milyon dollar dəyərində qiymətləndirilir.

Yerli hakimiyyət orqanları itkin düşənlərin axtarışını həyata keçirmək və bərpa prosesinə dəstək vermək məqsədilə əraziyə xilasetmə dəstələri cəlb ediblər.

Son xəbərlər