Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

18.07.2026 14:18 477
Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanları, eləcə də dənizkənarı istirahət zonaları istiqamətlərində nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Bu barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu ilə bağlı yol hərəkəti iştirakçılarına müraciətində yer alıb.

Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat hadisələrinin başvermə riskini artırdığından, Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırır.

Sürücülərdən xahiş olunur ki:

- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;

- Uzun məsafəyə yola çıxmazdan əvvəl kifayət qədər dincəlsinlər, yorğun və yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər;

- Təhlükəsiz ara məsafəsini qorusunlar, riskli ötmə və digər təhlükəli manevrlərdən çəkinsinlər;

- Yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl etsinlər;

- Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlasınlar.

Dənizkənarı və digər istirahət məkanlarına üz tutan vətəndaşlardan, eləcə də piyadalardan xahiş olunur ki, yolda olarkən mobil telefon və diqqəti yayındıran digər vasitələrdən istifadə etməsinlər, yalnız müəyyən edilmiş keçidlərdən keçsinlər. Çimərliklər və istirahət zonalarının ətrafında hərəkətin intensiv olduğunu nəzərə alaraq, həm sürücülər, həm də piyadalar qarşılıqlı diqqət və ehtiyatlılıq nümayiş etdirməlidirlər.

Unutmayaq ki, təhlükəsiz istirahətin yolu təhlükəsiz səfərdən başlayır. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı yol hərəkəti qaydalarına ciddi riayət etməyə, özlərinin və digər insanların həyatını riskə atmamağa çağırır. Hər bir məsuliyyətli davranış təhlükəsiz və xoş istirahətin təminatıdır.скачать dle 11.3
Mojo.az Banner