Mojo.az Banner
13:14 Deputat: Uşaqlar dinin və baş örtüyünün mahiyyətini hələ dərk etmirlər  |     12:31 Aprelin 1-dən kartdan-karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi  |     12:18 Kirayəçi evi boşaltmasa, ev sahibi nə edə bilər? – Hüquqşünasdan açıqlama  |     12:16 Bakıda gecə klubunda dava: Müdir ofisiantı döydü  |     12:10 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edəcək  |     12:08 Azərbaycan nefti ucuzlaşdı  |     12:07 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş  |     11:56 İlahiyyatçıdan hicab açıqlaması: Örtünmə hansı yaşdan vacib sayılır?  |     11:53 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi (Yenilənib)  |     11:49 Azərbaycan UEFA reytinqində irəlilədi  |     11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Sürücülərin NƏZƏRİNƏ: "Həftəsonu yollarda diqqətsizlik ağır nəticələrə yol aça bilər"

14.03.2026 13:21 384
Sürücülərin NƏZƏRİNƏ:
"Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yol hərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir".

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, istirahət günlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahət zonalarına yönələn intensiv hərəkət axını fonunda baş verən yol-nəqliyyat hadisələri əksər hallarda sürücülərin tələskənliyi, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlı olur:

"Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həftəsonları respublikanın avtomobil yollarında nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, təhlükəsizliyin təmin edilməsi yalnız inzibati nəzarətlə məhdudlaşmır. Yollarda təhlükəsiz mühitin formalaşması ilk növbədə hər bir sürücünün şəxsi məsuliyyətindən, sükan arxasında nümayiş etdirdiyi davranışdan asılıdır".

Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdən nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz halda avtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddini aşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsi riskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəb olur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələr verməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması və yol şəraitinə uyğun hərəkət etməsi vacibdir".скачать dle 11.3
Mojo.az Banner