Mojo.az Banner
SON DƏQİQƏ
22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

MN-in nüfuz alverində təqsirləndirilən vəzifəli şəxsi hakim qarşısında

16.07.2026 17:44 354
MN-in nüfuz alverində təqsirləndirilən vəzifəli şəxsi hakim qarşısında
Mənzil təminatı ilə bağlı rüşvət almaqda təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin Salyan rayon Mənzil-İstismar Hissəsində bölmə rəisi vəzifəsində çalışmış, qurumun rəisi vəzifəsini müvəqqəti icra etmiş Əvəz Rüstəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.

Şahid H.Ü. bildirib ki, 2009-cu ilin dekabrında mənzil məsələsi ilə bağlı Əvəz Rüstəmovla danışılıb:

"Əvəz müəllimlə bir yerdə işləmişik. Evə ehtiyacım var idi. İkiotaqlı ev üçün atam vasitəsilə 2800 manat verdim ona. Söz vermişdi ki, gələcəkdə ev sizin olacaq. Dedi ki, daimi olacaq, amma sonradan orderin xidməti olduğunu bildik. Mənə veriləndə yox, bazada olan orderdə xidməti yazılmışdı".

Şahid Ə.Q. 2017-ci ildə təyinatla Salyana göndərildiyini və bir ilə yaxın xidmət müddətində təqsirləndirilən Ə.Rüstəmovu tanıdığını deyib:

"Mən bu müddət ərzində tanıdım Əvəzi. Şəhərcik HHQ-nin tabeçiliyində idi, HHQ-də xidmət edən hərbçilərin ailələri yaşayırdılar. Evlərin verilmə qaydası belə idi ki, hərbi şəhərcikdəki mənzillərin verilməsi hərbi qarnizon rəisinin səlahiyyətində idi. Ərizə yazılırdı, siyahı tərtib olunurdu, ardınca lazımi tədbirlər keçirilirdi. Orada Əvəz müəllimdən başqa komissiya üzvlərinin də imzası lazım idi, bunsuz mümkün deyildi".

Şahid İ.A. bildirib ki, mənzillərin verilməsində heç bir səlahiyyəti olmayıb:

"Hərbi şəhərcikdə 120-130-a yaxın hərbçi ailəsi yaşayırdı. Orada sənədsiz yaşayan ailələr vardı. Mən dəfələrlə bununla bağlı xəbərdarlıq etmişdim, lakin başqa bir səlahiyyətim yox idi".

Növbəti proses sentyabrın 10-na təyin edilib.

Xatırladaq ki, ibtidai istintaq zamanı Əvəz Rüstəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların xidməti mənzillə təmin olunması, kirayə müqavilələrinin rəsmiləşdirilməsi və qeydiyyat məsələlərinin həlli müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət aldığı müəyyən edilib. O, həmçinin vəzifə saxtakarlığı törətməkdə və işə düzəltmə ilə bağlı qərarlara qanunsuz təsir göstərərək nüfuz alveri etməkdə şübhəli bilinir.

Toplanmış sübutlar əsasında Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və digər maddələri ilə ittiham elan olunub. Onun barəsində yaşı və səhhəti nəzərə alınaraq məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.скачать dle 11.3

Son xəbərlər