Mojo.az Banner
18:35 Azərbaycanda kişi müəllimlərin sayı niyə azdır? - Dünya ilə MÜQAYİSƏ  |     18:33 Bakıda kəməri deşib neft oğurladılar, yanğın törətdilər - VİDEO  |     18:32 Yemək saatlarını dəyişmək ürəyə təsir edə bilər – ARAŞDIRMA  |     18:17 Qusarda təcili yardım avtomobili qəzaya uğradı  |     18:03 Sabah Şəkinin bəzi kəndlərində qaz kəsiləcək  |     17:45 İran ABŞ-nin Küveyt və BƏƏ-dəki hərbi bazalarına zərbələr endirib  |     17:25 Boş plan yerlərinə qəbul olanlara vacib XƏBƏR  |     17:02 Qaçırdığı qızla günlərlə maşında gecələdilər: Həbs edilən var  |     16:51 Azərbaycana gətirilən malların dəyəri manatla bəyan ediləcək  |     16:32 Ramiz Mehdiyevin kürəkəni zəbt etdiyi bağları sahibinə qaytarmalıdır - QƏRAR VERİLDİ  |     16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |     16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     15:24 “Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO  |     15:21 Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI  |     15:19 Nikol Paşinyan: "Ermənistandan Azərbaycana ixrac üzrə ilkin razılaşma var"  |     15:10 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA (FOTO)  |     15:06 Alen Simonyan Bakıya səfər edəcək?  |     15:04 Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı  |     15:02 Bakıda bəzi məktəblərdə TƏDRİS ONLAYN OLACAQ - SƏBƏB  |    
Left Banner
Right Banner

Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb

16.07.2026 17:21 333
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb
Rusiya-Ukrayna müharibəsində iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü Murov Həsən oğlu Mirhəşimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, o, Ukrayna Respublikası ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə 2023-cü ilin fevralında Ukraynanın Ternopil şəhərinə gedib.

Bundan sonra Xarkov şəhərinin Kupensk adlanan ərazisində, eləcə də Xerson şəhərində taktiki döyüş təlimlərində və döyüş postlarının mühafizəsində xidmət etməklə həmin dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində 2023-cü ilin mart ayından 2024-cü ilin oktyabr ayınadək iştirak edib.

Murov Mirhəşimli həmin cinayət əməlinə görə xarici dövlətdə məhkum olunmayıb.

İstintaq tərəfindən Murov Mirhəşimlinin barəsində Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə ittiham elan olunub. O, ifadəsində göstərib ki, 2022-ci ilin fevral ayında 7 ay Ukraynanın Xerson şəhərində ailəsi ilə yaşayıb: "Səfərbərlik zamanı 60 yaşınadək olan kişiləri, məni də hərbi xidmətə cəlb etmək üçün apardılar. Mənim sənədlərim yararsız olduğu üçün qarşıma seçim qoyaraq təzyiqlər etdilər, ya cinayət işi açılacağını, ya da müharibəyə gedəcəyimi təklif etdilər. Bu çətin vəziyyətdə məcbur olaraq orada qaldım və müharibədə iştirak etməyi seçdim, kağızda olan siyahıya imza atdım. Lakin həmin kağızın müqavilə olduğunu bilməmişəm. Bir müddət sonra raket zərbəsi nəticəsində yaralandım. Mənə 5-6 ay yenə müharibədə iştiraka davam etməyimi, bundan sonra ölkəmizə qayıda biləcəyimi dedilər. Bundan sonra 1 ay müharibədə arxa cəbhədə iştirak etdim və ayağım yandığı üçün xəsarət aldım”.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, sənədlərini ailə mübahisəsi zəminində cırıb: "Məni müharibədə iştirak etməyə məcbur edənlərin adını və vəzifəsini bilməmişəm. Çünki onlar maskalı olublar. Mənə avtomatlardan "AK 74” və dron uçuş aparatı əleyhinə silah təhkim olunub. Lakin ön cəbhədə olmadığım üçün silahdan istifadə etməmişəm. Yalnız dron uçuş aparatı əleyhinə olan silahdan istifadə etmişəm”.

O deyib ki, onun müharibədə iştirakı üçün aylıq 300-400 ABŞ dolları ödəyiblər: "Birinci dəfə yaralananda məni ordudan buraxmadılar. Həmin vaxtı ailəm Rusiyanın nəzarət etdiyi ərazidə qalmışdı. Azərbaycana geri döndükdən sonra Ukraynaya getməyə cəhd eləsəm də, məni Ukraynaya buraxmadılar. Bu səbəbdən yenidən Azərbaycana qayıtdım. Ukrayna Respublikasının vətəndaşlığını almamışam. Ancaq orda yaşamağım üçün icazə sənədim olub”.

Təqsirləndirilən şəxs əlavə edib ki, Ukrayna ordusunun vəzifəli şəxsləri onun fəaliyyətini bəyəniblər və ona hərbi bilet veriblər: "Ukraynada video çəkməkdə məqsədim müharibənin necə çətin olmasını nümayiş etdirmək, əgər müharibədə ölərəmsə, məni tanımaları olub”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Murov Mirhəşimli 3 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.скачать dle 11.3
Mojo.az Banner