Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - Video

14.07.2026 18:21 366
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - Video
Abşeron rayonunun Masazır kəndində yerləşən yaşayış kompleksinin sakinləri elektrik enerjisinin mütəmadi olaraq kəsilməsindən şikayətçidirlər.

Ağaxan Abdullayev küçəsində yerləşən "Viktoriya" MTK-nın sakinləri problemlə bağlı Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Sakinlərin sözlərinə görə, dörd çoxmərtəbəli binadan və 400 mənzildən ibarət yaşayış kompleksində elektrik enerjisi həftə ərzində bir neçə dəfə, bəzən isə 6-7 saat müddətinə kəsilir.

Nəticədə binalarda liftlər, su nasosları və digər zəruri sistemlər fəaliyyətini dayandırır.

"İşıq sönəndə su da olmur, çünki nasoslar işləmir. Liftlər dayanır, sakinlər, hətta uşaqlar liftdə qalırlar. İşıq olmayanda kompleksdə həyat tamamilə dayanır", - deyə şikayətçi narazılığını bildirib.

Sakinlər vurğulayıblar ki, elektrik enerjisi üçün ödənişləri vaxtında həyata keçirsələr də, MTK-nın borcu əsas gətirilərək bütün kompleksin işığı kəsilir.

MTK nümayəndəsi isə binaların hələ istismara qəbul edilmədiyini və sakinlərə fərdi abonent kodlarının bu səbəbdən verilmədiyini deyib.

"Binalar istismara verilməyib, Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi yoxdur. Buna görə də sakinlərə əhali abonenti kimi fərdi kodların verilməsi mümkün deyil. Onlar hazırda MTK-nın qeyri-əhali abonenti üzərindən elektrik enerjisindən istifadə edirlər".

Son xəbərlər