Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Yaponiyada imperator ailəsinin statusu və varislik qaydaları dəyişdirilir

10.07.2026 12:21 825
Yaponiyada imperator ailəsinin statusu və varislik qaydaları dəyişdirilir
Yaponiyanın qanunverici orqanının aşağı palatası Nazirlər Kabineti tərəfindən imperator sülaləsi üçün irəli sürülən qanun layihəsini qəbul edib. Bu sənədin əsas məqsədi ölkədə yaranmış taxt-tac varisliyi böhranının qarşısını almaqdır.

Median.Az
TASS agentliyinə istinadən xəbər verir ki, hazırkı imperator Naruhitonun yalnız üç qanuni varisi mövcuddur: onun 60 yaşlı qardaşı vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və 90 yaşlı əmisi şahzadə Hitaçi. Məhz buna görə də son illərdə taxtın gələcək varisliyi məsələsi ciddi narahatlıqlar doğurur.

1947-ci il qanununa görə, taxt yalnız kişi xətti ilə ötürülür. Yeni layihədə iki əsas təklif var:

1. İmperator ailəsindən olan qadınlar sadə vətəndaşla evləndikdən sonra da statuslarını saxlasınlar;

2. 1947-ci ildə statusunu itirmiş 11 yan qoldan olan kişilər yenidən ailəyə qəbul edilsinlər.

Qadınlar istəsələr, evləndikdən sonra ailəni tərk edə biləcəklər. Lakin onların həyat yoldaşları və uşaqları ilə bağlı məsələ aydın deyil. Ailəyə qəbul olunacaq kişilərin ən azı 15 yaşı olmalıdır. Onların özləri taxta iddia edə bilməyəcək, amma oğulları varis ola biləcəklər.

Hazırda qanun layihəsi hakim koalisiyanın çoxluqda olmadığı yuxarı palataya göndəriləcək. Hökumət sənədi cari sessiya bitənə qədər - bir həftə ərzində qəbul etmək istəyir.

Son xəbərlər