Mojo.az Banner
23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |     22:39 Tələbə adını qazananların DİQQƏTİNƏ  |     22:33 Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO  |     22:28 “iPhone 18 Pro” seriyası bu rənglərlə satışa çıxacaq  |     22:20 Attraksion aşdı, bacı-qardaş yaralandı - VİDEO  |     22:15 Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq  |     22:07 Borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı  |     22:02 Azərbaycanın bu kəndində 150 min adam yaşayır  |     21:56 Maradonanın tarix yazan topu rekord qiymətə SATILDI  |     21:44 Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib  |     21:38 İsraildə "Qafqaz mafiyası"nın başçısı qətlə yetirildi  |     21:31 Bakıda 40 küçə və prospektdə yolların təmir işləri başa çatdırılıb  |     21:28 Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb  |     21:24 Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO  |     21:12 Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK  |     21:00 Oğurluqda təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək  |     20:52 İnterpolun axtarışında olan azərbaycanlı Ukraynadan ölkəmizə ekstradisiya ediləcək  |    
Left Banner
Right Banner

Mərakeş millisinin ən məhsuldar oyunçusu Fransaya qarşı oynamayacaq

09.07.2026 13:16 423
Mərakeş millisinin ən məhsuldar oyunçusu Fransaya qarşı oynamayacaq
DÇ-2026-da Mərakeş millisinin ən çox qol vuran futbolçusu İsmayıl Saybari zədələndiyi üçün Fransa yığmasına qarşı keçiriləcək 1/4 final görüşündə iştirak edə bilməyəcək.

Bu barədə mərakeşlilərin baş məşqçisi Məhəmməd Uahbi bildirib.

Onun açıqlamasını tanınmış idman jurnalisti və insayder Fabritsio Romano "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

"Hazırda o, oynamağa hazır deyil, hələ çox tezdir. Ümid edirəm ki, növbəti matçda meydanda ola biləcək", - deyə baş məşqçi bildirib.

Futbolçu Kanada millisinə qarşı keçirilən və 3:0 hesabı ilə başa çatan 1/8 final matçında zədə alıb və 22-ci dəqiqədə əvəzlənib.

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi turnirdə üç dəfə fərqlənən mərakeşli oyunçu öz komandasının ən məhsuldar futbolçusudur.

Qeyd edək ki, Mərakeş və Fransa komandaları arasındakı qarşılaşma bu gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xatırladaq ki, dünya çempionatı davam edərkən Almaniyanın "Bavariya" klubu Saybarini transfer etdiyini açıqlayıb. O, bundan əvvəl Niderlandın "PSV Eyndhoven" klubunun şərəfini qoruyub.скачать dle 11.3
Mojo.az Banner