Mojo.az — elanlar
Son Xəbərlər
22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |     20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var

09.07.2026 13:14 525
Paşinyan: Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki variant var
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variantın nəzərdən keçirildiyini bildirib.

Paşinyan bu barədə brifinqdə danışıb.

"Birinci variant ondan ibarətdir ki, anklav və eksklavlar de-yure məxsus olduqları dövlətin ərazisi olaraq qalır. İkinci variant isə delimitasiya zamanı tərəflərin ekvivalent ərazilərlə mübadilə aparmasıdır", Ermənistanın Baş naziri bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan bu mövzudan imtina etmir.

"Mən deyə bilmərəm ki, biz anklav və eksklav mövzusundan imtina edirik və ya edə bilərik. Xeyr, bu məsələni həll etməliyik. Həll variantlarının necə olacağı isə müzakirə mövzusudur", deyə o vurğulayıb.

Baş nazir əlavə edib ki, daha sakit müzakirə üçün məsələ başqa müstəviyə keçirilib.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov delimitasiya prosesi çərçivəsində anklavlar məsələsinin həllinin vacibliyini bildirib.

Son xəbərlər