Mojo.az Banner
18:44 Pensiya, təqaüd, sosial yardım alanları sevindirən xəbər - Bu gün....  |     18:38 Yevlaxın böyük bir ərazisinin qaz təchizatı dayandırılacaq  |     18:30 Bakıda mənzildə yanğın - 8 nəfər təxliyə edildi  |     18:25 Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın - VİDEO  |     18:16 Qanunsuz odlu silah saxladı - Tutuldu  |     18:11 Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı  |     18:04 600-dən çox bal toplayan şəhid övladları bu universitetlərə qəbul oldular  |     17:59 Xəbər vermədən övladını sinifdə saxladılar - VİDEO  |     17:51 Məhkəmə sevgilisinin gözünü çıxarmaq istəyən şəxsə həbs cəzası verdi  |     17:45 15 yaşlı azərbaycanlı göldə boğulub öldü  |     17:39 158 kq uyğunsuz dondurma məhv edilib  |     17:28 İşdən çıxarılan baş həkimə yeni vəzifə verildi  |     17:17 Bakıda gecə klubunda baş verən yanğın söndürüldü (YENİLƏNİB)  |     17:12 Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib  |     17:04 "Gənclik"də avtobusların dayanacağı müvəqqəti DƏYİŞDİRİLDİ  |     17:01 Bir ildə 402 nəfər azaldı: Azərbaycanda 18 yaşadək ana olanların sayı açıqlanıb  |     16:49 Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb  |     16:31 Fermerlər südü niyə qəpik-quruşa satırlar? – Bu süddən nə hazırlanır?  |     16:26 İtaliya Makronun elan etdiyi təlimə qatılmayacaq  |     16:21 Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib  |    
Left Banner
Right Banner

Braziliya Karlo Ançelotti ilə bağlı qərar verdi

08.07.2026 19:25 246
Braziliya Karlo Ançelotti ilə bağlı qərar verdi
Braziliya Futbol Konfederasiyası 2026-cı il dünya çempionatındakı uğursuz çıxışa baxmayaraq, Karlo Ançelottinin milli komandanın baş məşqçisi vəzifəsində qalmasına qərar verib. 

Bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Braziliya Futbol Konfederasiyası ilə italiyalı mütəxəssis qüvvədə olan müqavilə çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.

Bildirilir ki, məhz Ançelotti Braziliya millisinin 2030-cu il dünya çempionatına hazırlıq məqsədilə yenidən formalaşdırılması prosesinə rəhbərlik edəcək.

Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi vəzifəsinə 26 may 2025-ci ildə təyin olunub. DÇ-2026-nın 1/8 final mərhələsində onlar Norveçə 1:2 hesabı ilə məğlub olublar. //qaynarinfoскачать dle 11.3
Mojo.az Banner