Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Prezident İlham Əliyev ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib

06.07.2026 18:14 222
Prezident İlham Əliyev ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il büdcəsinin icrası haqqında Sərəncam imzalayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, ötən il ARDNF-in büdcə gəlirləri 17 milyard 160.4 milyon manat, büdcə xərcləri isə 14 milyard 627.2 milyon manat təşkil edib.

İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 266.3 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 9 milyard 497 milyon manat, bonus ödənişləri və tranzitdən 765.7 milyon manat, akrhesabı ödənişlərdən isə 3.6 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 8 milyard 292.9 milyon manat, "Şahdəniz" yatağından isə 958.8 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 6 milyard 894.1 milyon manat olub (gəlirlilik 6.2% təşkil edib).

Hesabat dövründə ARNDF dövlət büdcəsinə 14 milyard 481 milyon manat transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın maliyyələşməsinə 18.6 milyon manat, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə 86.9 milyon manat yönəldib, idarəetməyə isə 40.7 milyon manat xərcləyib.

Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 20 milyard 434 milyon manat təşkil edib.скачать dle 11.3
Mojo.az Banner