Qazaxda avtomobil piyadanı vurub
Median.Az APA-ya istinadən xəbər verir ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1959-cu il təvəllüdlü R.Məmmədovanı vurub.
Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
