Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu qəsəbədə bankomat yoxdur: Yaşlılar kilometrlərlə yol qət edir

02.07.2026 12:10 1 353
Bu qəsəbədə bankomat yoxdur: Yaşlılar kilometrlərlə yol qət edir
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində bankomatların olmaması sakinlərin, xüsusilə də yaşlı insanların ciddi narahatlığına səbəb olub.

Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə, qəsəbədə fəaliyyət göstərən heç bir bankın bankomatı yoxdur. Bu səbəbdən pensiya və digər ödənişlərini nağdlaşdırmaq istəyən vətəndaşlar, xüsusilə tək yaşayan yaşlı insanlar uzaq məsafə qət edərək şəhərin digər ərazilərində yerləşən bankomatlara üz tutmağa məcbur qalırlar.

Sakinlər bildirirlər ki, isti hava şəraiti, sağlamlıq problemləri və nəqliyyat çətinlikləri nəzərə alındıqda bu vəziyyət yaşlı insanlar üçün əlavə yük yaradır. Onların sözlərinə görə, qəsəbədə ən azı bir bankomatın quraşdırılması həm pensiyaçıların, həm də digər sakinlərin işini xeyli asanlaşdırar.

Bu əraziyə yeni bankomat quraşdırılması planlaşdırılırmı?

Pensiya alan vətəndaşların rahatlığını təmin etmək üçün bu yöndə hansı addımlar atılacaq?

Məsələ ilə bağlı Median.Az Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Kimyaçılar qəsəbəsində bankomatın quraşdırılması ilə bağlı sakinlər tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət daxil olarsa, müraciət aidiyyəti üzrə qiymətləndiriləcək və banklara müvafiq müraciət ünvanlanacaq.

"Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlasınlar. Əgər belə istəkləri varsa, biz də bununla bağlı banklara müraciət edək", – deyə qurumdan qeyd olunub.
Median.Az-a açıqlama verən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə bildirib:

"Banklar o meyarı rəhbər tuturlar ki, bankomatdan istifadə çox olsun. Yəni, həmin ərazidə müştəriləri bol olsun. Dövlət onları orada bankomat qurmağa məcbur edə bilməz. Əgər pensiyaçılar nəzərdə tutulursa, onlar əsasən müavinətlərini ABB və Kapital Bankdan alırlar. İnsanları məcbur edirlər ki, onlar pensiyalarını ya Beynəlxalq ya da Kapital Bankdan alsınlar. Əslində bunun özü qanunsuzdur. Vətəndaş bankını özü seçməlidir. Hansı bankın xidmət keyfiyyəti onu qane edirsə, o bankdan da pensiyasını almalıdır. Mərkəzi Bank bu sahədə işlərin aparılması barədə məlumat yaymışdır. Lakin Azərbaycanın hər guşəsində yalnız Azərpoçtun şöbələri var. Orada çox güman bankomatlar da quraşdırılmış ola bilər. Yaxşı olardı ki, pensiyalar elə Azərpoçt vasitəsilə vətəndaşlara verilsin".

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner