Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Azərbaycanın tənhaları - Sayı açıqlandı

30.06.2026 22:24 249
Azərbaycanın tənhaları - Sayı açıqlandı
Azərbaycanda tənha yaşayan, övladı olmayan, yaxud qayğısından məhrum qalan ahıllar var. Onlar ya ahıllar evində qalırlar, ya da evlərində səyyar xidmətlər alırlar.

Bəs görəsən, Azərbaycanda neçə tənha ahıl var?

Sosial Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə Agentlik tərəfindən ümumilikdə 3105 tənha ahıl şəxsə xidmət göstərilir:

Ətraflı
"Ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyasının dəstəklənmisidir. Dövlət başçısının müvafiq tapşırıqları nəticəsində ahıllara dövlət qayğısının artırılması məqsədilə mütəmadi işlər görülür.

Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Burada ahıllarımız stasionar formada sosial xidmətlərə cəlb edilir, onlarla sosial iş aparılır və sakinlərin sosial reabilitasiyası həyata keçirilir. Ahılların keyfiyyətli xidmətlərlə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onlar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər. Müəssisədə təqdim olunan xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur. Eləcə də onların müxtəlif idman yarışları, gimnastika məşğələləri və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin edilir. Hazırda müəssisədə 216 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 113-ü kişi, 103-ü qadındır.

Qeyd edək ki, müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir”.

Bildirilib ki, hazırda 3115 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb edilib:

"Agentlik tərəfindən müvafiq imtiyazlı kateqoriyalardan olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir. Bu xidmətdən əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar və əlilliyi olan şəxslər yararlana bilərlər.

Hazırda 3115 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb edilib. Onlardan 2889 nəfəri ahıl şəxsdir. Bu xidmət vətəndaşların gündəlik məişət ehtiyaclarının qarşılanması, habelə sosial təminat və hüquqi məsələlər üzrə zəruri dəstəyin göstərilməsi məqsədilə həyata keçirilir. Sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər”.скачать dle 11.3
Mojo.az Banner