Mojo.az — elanlar
RU
Bakı
RU
Son Xəbərlər
19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada həmyerlisini öldürmək istədi, 13 ildən sonra Şəkidə yaxalandı

29.06.2026 18:38 330
Rusiyada həmyerlisini öldürmək istədi, 13 ildən sonra Şəkidə yaxalandı
Rusiyada uzun illər öncə cinayət törədən şəxs Azərbaycanda yaxalanıb.

Şəki şəhərində anadan olan 1978-ci il təvəllüdlü Nəcməddin Məmmədov (soyad şərtidir - red.) 2012-ci ildə Moskvada "Persey" Ticarət Mərkəzində həmyerlisi Adamxan Şükürovla birlikdə alverə başlayıb. Hər iki şəxs ticarət mərkəzində qadın ayaqqabıları satırmış. Bir müddətdən sonra onların arasında narazılıq yaranıb. Nəcməddin Məmmədov Adamxan Şükürovun gündəlik normal alver etdiyini görüb, ona problemlər yaratmağa başlayıb.

Buna baxmayaraq A.Şükürov alverini davam etdirib. Bir neçə gün sonra Nəcməddin ticarət mərkəzinin qarajında olarkən Adamxan Şükürovun ora piyada daxil olduğunu görüb, onu öldürmək qərarına gəlib. O, avtomobilində olan vintaçanla A.Şükürova hücum edərək ona kürək və baş nahiyələrindən xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. Nəcməddin isə dərhal Rusiya ərazisini tərk edərək Azərbaycana gəlib.

Faktla bağlı cinayət işi başlanılıb, Nəcməddin barədə axtarış elan olunub. Lakin təqsirləndirilən şəxs tapılmadığı üçün cinayət işinin icraatı dayandırılıb.

2025-ci ildə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Məmmədov Şəkidə saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işinin icraatı təzələnib və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə N.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə tərəflər arasında barışığı nəzərə alaraq, iş üzrə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və onun cəzası şərti hesab olunub.
//oxu.az

Son xəbərlər