Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

"Tesla" üçün vəziyyət dəyişdi: Avropa satışları kəskin artdı

27.06.2026 20:00 381
Son iki ildə şirkətin rəhbəri İlon Maskın siyasi fəaliyyəti və açıqlamaları fonunda Avropada satışlarında ciddi azalma müşahidə olunan "Tesla" yenidən artım mərhələsinə keçib. Şirkətin Avropa bazarında yeni avtomobil qeydiyyatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 57 faiz artıb.

Şirkət Almaniyadakı "Gigafactory" zavodunda istehsal gücünü artırmaq məqsədilə genişmiqyaslı işə qəbul kampaniyasına başlayıb. "Tesla" oktyabr ayından etibarən həftəlik avtomobil istehsalını 7 500 ədədə çatdırmağı planlaşdırır. Bu məqsədlə müəssisəyə əlavə 1 000 əməkdaşın cəlb olunacağı açıqlanıb.

Bu, son dövrdə həyata keçirilən ilk işə qəbul deyil. Şirkət daha əvvəl də həftəlik istehsalı 6 000 avtomobilə çatdırmaq məqsədilə 1 000 yeni işçi qəbul edəcəyini elan etmişdi.

Yeni genişlənmədən sonra zavodun illik istehsal gücünün təxminən 390 min elektromobilə çatacağı gözlənilir. Bu göstərici müəssisənin 2022-ci ildə fəaliyyətə başlayarkən qarşıya qoyduğu 500 min avtomobil hədəfindən aşağı olsa da, indiyədək ən yüksək istehsal və məşğulluq səviyyəsi olacaq.

"Tesla"nın Avropa bazarındakı canlanmasının əsas səbəblərindən biri rəsmi statistikada müşahidə olunan müsbət dinamika hesab edilir. İlon Maskın siyasi mövqeyi, miqrasiya əleyhinə bəyanatları və ABŞ siyasətində fəal iştirakı son iki ildə bir çox avropalı istehlakçının markadan uzaqlaşmasına səbəb olmuşdu. Lakin görünür, şirkət bu imic böhranını tədricən geridə qoymağa başlayıb.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, ilin ilk beş ayında "Tesla"nın Avropada yeni avtomobil qeydiyyatlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 57 faiz artaraq 118 min vahidi ötüb.

Mütəxəssislərin fikrincə, yanacaq qiymətlərinin artması və Almaniya başda olmaqla bir sıra ölkələrdə sıfır emissiyalı avtomobillər üçün tətbiq olunan yeni dövlət təşviqləri alıcıların elektromobillərə marağını yenidən artırıb.

Bununla yanaşı, "Tesla"nın uğurlu nəticələri Avropa İttifaqının son dövrdə həyata keçirdiyi texnoloji müstəqillik strategiyası fonunda diqqət çəkir. Avropa İttifaqı ABŞ mənşəli texnologiya və avtomobil istehsalçılarından asılılığı azaltmaq məqsədilə yeni addımlar atır.

Məsələn, Fransa hökuməti rəsmi qurumlarda ABŞ mənşəli kommunikasiya platformalarından istifadədən imtina edərək yerli proqram təminatına keçidə başlayıb.

Avropa Komissiyası da süni intellekt, yarımkeçiricilər və digər strateji sahələri əhatə edən "texnoloji suverenlik paketi" təqdim edib.

Eyni zamanda, "Volkswagen", "BMW" və "Stellantis" kimi Avropa istehsalçıları elektromobil bazarında güclü mövqelərini qoruyurlar. Çin istehsalçısı "BYD" isə yürüş məsafəsi və sürətli enerji doldurma texnologiyaları sayəsində Avropa bazarında payını artırmaqda davam edir.
//qaynar.azскачать dle 11.3

Son xəbərlər