Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Yaponiyada güclü zəlzələ baş verib

26.06.2026 18:43 570
Yaponiyada güclü zəlzələ baş verib
Yaponiyanın mərkəzi hissəsində 5.6 bal gücündə zəlzələ baş verib.

Median.Az
-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Tokio yaxınlığında, quru ərazidə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Yaponiyanın seysmik şkalasına əsasən, zəlzələnin intensivliyi 6 bal olaraq qiymətləndirilib. Belə gücdə yeraltı təkanlar binalara ziyan vura bilər.

Zəlzələdən bir neçə saniyə əvvəl ölkənin ümummilli erkən xəbərdarlıq sistemi işə düşüb. Yerli sakinlərin mobil telefonları səssiz rejimdə olsa belə, güclü siren siqnalı səsləndirib.

Yaponiyanın paytaxt regionunda yeraltı təkanlar güclü hiss olunub. Tokioda mebellər yırğalanıb, bəzi evlərdə qab-qacaq yerə düşüb.

Zəlzələdən dərhal sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, bir neçə dəqiqə sonra bu xəbərdarlıq ləğv olunub.

Son xəbərlər