Mojo.az Banner
22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |    
Mojo.az Avto
Mojo.az Avto

Kartlardan pul silinib, yoxsa oğurlanıb? - Ekspertdən açıqlama

25.06.2026 20:03 342
Kartlardan pul silinib, yoxsa oğurlanıb? - Ekspertdən açıqlama
"Ötən gün ABB, AccessBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlər yoxa çıxıb. Bu bankların ortaq cəhəti odur ki, hamısı "Azericard" prosessinq mərkəzinə bağlıdır".

Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

"ABB problemi "3-cü tərəf provayderi" ilə bağlı texniki nasazlıqla izah edib. "Azericard" baş verənlərin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin ""Azericard"dan asılı olmadığını" bildirib. Mərkəzi Bank isə hadisənin kibermüdaxilə deyil, texniki səbəbdən baş verdiyini, ödəniş infrastrukturunda problem olmadığını açıqlayıb.

Amma problemin kökü və məsuliyyət indiyədək açıqlanmayıb. Hansı ki, ictimai etimad baxımından ən vacib məqam da elə budur.

Banklardan əldə etdiyim məlumatlar, müşahidələrim və Mərkəzi Bankın açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiber hücum deyil.

Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır.Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu, oğurluğun yox, dublikasiyanın olduğunu göstərir. Yəni "pulu aparan" kənar, yaxud kiber müdaxilə deyil, bankların öz informasiya sistemidir.

Bir neçə müstəqil bankın eyni anda eyni problemlə üzləşməsi yalnız ortaq bir halqa ilə izah oluna bilər. Bu zəncirdə ortaq element ikidir: MB-nin hesablaşma infrastrukturu və "Azericard" prosessinqi. MB öz infrastrukturunda problem olmadığını birmənalı açıqladığına görə, məntiqlə ortaq element kimi "Azericard" qalır.

Onun "hadisə mənim ərazimdə olub, amma günah məndə deyil" tipli dumanlı açıqlaması da problemin böyük ehtimalla məhz prosessinq mərkəzindəki emalda olduğuna işarə edir.

Üstəlik də, hesablaşma zəncirində bir anomaliya baş verirsə, sistem onu dərhal aşkarlayıb bloklamalı idi. Anomaliyanın tutulmaması və təkrar əməliyyatların eyni anda bir neçə bankı vurması göstərir ki, belə kritik qurumda bu mexanizmlər ya yoxdur, ya da təkmil deyil. Düşünürəm ki, belə bir xətadan sonra MB daha sərt addımlar atmalı idi.

Problem ABB-də, yaxud digər banklarda deyil, məhz MB-nin nəzarəti və lisenziyası altında işləyən qurumda - "Azericard"da yaranıb. Xatırladaq ki, əvvəllər də burada problemli situasiyalar olub. Ümid edirəm, MB hadisəni araşdırıb ciddi audit təşkil edəcək.

Banklardan isə zərər çəkənlərə qarşı həssaslıq gözlənilir", - deyə O.Gündüz əlavə edib.скачать dle 11.3
Mojo.az Banner