Mojo.az Banner
20:21 Elza Seyidcahan Rəşid həkimi 500 manat cərimələtdirdi  |     20:16 Xalq artisti əməliyyat edildi  |     20:08 Avtomobil gətirmək adı ilə 385 minlik dələduzluq etdi  |     20:02 Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə  |     19:54 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olundu - Direktor işdən çıxarıldı  |     19:49 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib  |     19:42 Lombarddan 22 min manatlıq oğurluq edildi  |     19:37 "Bəzi məhsulların qiymətlərinin artması hər birimizi düşündürür" - Komitə sədri  |     19:30 Nazirlik havaların soyuması ilə əlaqədar əhaliyə müraciət etdi - VİDEO  |     19:24 Tacikistanın 8 vətəndaşı Azərbaycanda təhsil alacaq  |     19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |    
Mojo.az Avto
Mojo.az Avto

Şuşanın Sarıbaba kəndində 82 ha ərazi minadan təmizlənib

25.06.2026 19:43 270
Şuşanın Sarıbaba kəndində 82 ha ərazi minadan təmizlənib
Şuşa rayonunun Sarıbaba kəndinin yenidən qurulması ilə bağlı ərazinin minadan təmizlənməsi layihəsi çərçivəsində 82 ha ərazi təmizlənib, 14 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Qeyd edilib ki, Şuşa rayonu Sarıbaba kəndi - Qarabağın dağlıq hissəsində, təxminən 1500 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsidir. Ərazi uzun müddət hərbi nəzarət zonası olub və bu istiqamətdə döyüşlər aparılıb.

"Kənd ərazisində aparılan texniki tədqiqat əməliyyatları nəticəsində ərazi döyüş sahəsinin təmizlənməsi kimi qiymətləndirilib. Döyüş sahəsinin təmizlənməsi əməliyyatları yerüstü və yeraltı təmizləmə üsulları ilə həyata keçirilir. Ərazidəki dik yamaclar və meşəlik sahələr partlayıcı sursatların vizual aşkarlanmasını çətinləşdirən amillərdəndir. Bundan əlavə, dağlıq ərazilərdə tez-tez və gözlənilmədən dəyişən hava şəraiti və temperatur fərqləri minaaxtaranların fəaliyyətini daha da mürəkkəbləşdirir", - məlumatda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner