Mojo.az Banner
20:47 Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri oldu  |     20:40 "TikTok" söyüş söydü, həbs edildi  |     20:35 Hansı torpaqlar ipoteka predmeti ola bilər?  |     20:27 Birində 5, digərində 6 manat - Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?  |     20:22 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin 8 milyon borcu var - "Stop" qoyuldu  |     20:22 Ceki Çan Azərbaycandan danışıb kövrəldi (VİDEO)  |     20:14 Bu rayonun bir hissəsində su olmayacaq  |     20:09 Bağçalara qəbul olunan uşaqların sayı açıqlandı  |     20:01 Gələn həftə deputatların tətili başa çatır  |     19:54 M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır  |     19:49 İntihar etdiyi deyilirdi - Arvadı öldürübmüş  |     19:42 Sabah 40 dərəcəyədək isti olacaq  |     19:37 Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən  |     19:30 Sabah bütün sosial ödənişlər yekunlaşacaq  |     19:24 Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO  |     19:15 Gürcüstanda sərhədi keçmək istəyən TIR-lar üçün yeni qayda  |     19:10 Bu məhsulları dondurucuda saxlamayın  |     19:03 Cəlilabadda ziyarətgahı qazdılar, sümüklər çıxdı - Polis araşdırmaya başladı  |     18:50 Birinci sinfə qəbul: Müraciətlərin sayı bəlli oldu  |     18:36 Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı  |    
Left Banner
Right Banner

Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)

24.06.2026 15:02 462
Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, "Ford" markalı avtomobilin səkiyə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verdiyi və avtomobilin sürücüsünün müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaş, 1987-ci il təvəllüdlü Xalid Hatəm oğlu Abbasovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
скачать dle 11.3
Mojo.az Banner